Peyvəndsiz uşaqların xaricə aparılması təhlükəli ola bilər

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 529
Səs ver:
(səs: 0)
Dünyada suçiçəyi xəstəliyinə qarşı peyvənd tətbiq olunsa da, Azərbaycanda ona qarşı vaksin tətbiq olunmadığından suçiçəyinə yoluxma halları hələdə qeydə alınır. Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, suçiçəyi xəstəliyi daha çox soyuq aylarda, xüsusilə noyabr və dekabr aylarında qeydə alınır. Lakin əvvəlki illərlə müqayisədə ötən ilin noyabr-dekabr aylarında ölkədə yoluxma halları azalıb.

A.Əliyeva bildirib ki, Azərbaycanda vaksinlə idarəolunan xəstəliklərə yoluxma halları qeydə alınmır: "Azərbaycanda qızılçaya yoluxma halları yoxdur. Ukraynada isə peyvəndləmə səviyyəsi aşağı olduğundan, insanlar ondan imtina etdiklərindən qızılca xəstəliyi alovlanıb. Azərbaycanda peyvənddən kənarda qalan uşaqlar var. Ona görə də belə uşaqlar xaricə gedərkən onlar xəstəliyə yoluxa bilərlər. Bu səbəbdən valideynlər çox diqqətli olmalı, uşaqlarını peyvənd etdirməlidirlər".

A.Əliyeva vurğulayıb ki, 2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF-in xətti ilə gəlir. Ölkəyə daxil olan vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər SN-nin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir.

RGEM-in baş direktoru İmran Abdullayev isə deyib ki, Azərbaycanda hər il olduğu kimi, bu il də "Avropa immunlaşdırma həftəsi " keçirilir. Aprelin 23-dən 29-dək keçirilən immunlaşdırma həftəsi çərçivəsində sahə poliklinikaları tərəfindən hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqlar milli peyvənd təqviminə uyğun olaraq, peyvənd ediləcəklər:"Biz çalışırıq ki , bütün uşaqlar peyvəndə cəlb olunsun. Amma Ii mmunlaşdırma həftəsi zamanı bütün uşaqlar peyvəndə cəlb olunmir. Bu məsələdə 100 faizlik göstərici əldə etmək mümkün deyil. Bu, bütün dünyada belədir".

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı mütəxəssisi Cəvahir Süleymanova qeyd edib ki, peyvəndlərin əhəmiyyətini insanlara çatdırmaq lazımdır. Bu baxımdan belə tədbirlərin həyata keçirilməsi əhəmiyyətlidir.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 529
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
usaqlarin vaxtinda peyvendleri olunmalidir
11 may 2018 18:28
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Dilaycan
Mənim uşaqlarım peyvənd olub
Amma qaynımın uşaqları yoxx
Maraqlı burasıdırki,mənim uşaqlarım həmişə xəstələnirlər
yanlarından kulək kecən kimi,amma onlar xəstəlik nədir bilməzlər..
(Bu barədə gərək fikirləşim indi aglıma batdı niyə belə oldugu)
10 may 2018 09:22
5
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Offline
Cema_Axodova
Umimiyyetle men peyvende qarwiyam.uwaqlarimada vurdurmamiwam
9 may 2018 22:41
4
p.s
Offline
❤Ə❤CANAN❤G❤
Men qizimi hec bir peyvendini vurdurmamisam
Hec Bsj yoxdu.gozleyirem duzelsin vurdurum baslayim.

Men qizimi hec bir peyvendini vurdurmamisam
Hec Bsj yoxdu.gozleyirem duzelsin vurdurum baslayim.
9 may 2018 21:55
3
canan qizim sirin seker qizim.
Offline
Dan ulduzu
Men usaqlarimin butun peyvendlerini rusiyada olarken vaxtli vaxtinda pulsuz vurdururdum.sukur hec bir problemle uzlesmedim.sadece 2 3gun tempratur olur ve ya narahat olur usaq.bu normal hallardi.
9 may 2018 21:43
2
Offline
BARBI
Umumiyyetle peyvendleri vaxti vaxtinda etdirmezsek cox pis neticeler dogura biler
9 may 2018 20:42
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri