Yorğunluq və halsızlığın TƏƏCCÜBLÜ SƏBƏBLƏRİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 681
Paylaş:
Səs ver:
(səs: 1)
Yorğunluq, halsızlıq hətta aktiv işlə, idmanla məşğul olan adamı da yaxalaya bilər.

Son zamanlar çox insan halsızlıqdan şikayətlənir. Bunu yaz aylarına bağlayanlar da var. Amma əslində yorğunluq insanı getdikcə tənbəlləşdirən, depressiyaya salan, səhhətində ciddi dəyişikliklər yaradan köklü səbəbləri olan bir simptomdur.

Əgər son 3 aydır səbəbli-səbəbsiz yorğunluq halı sizi tərk etmirsə, o zaman aşağıdakı səbəbləri araşdırın:

- Yediyiniz qidalar

- Qəbul etdiyiniz dərmanlar, onların yan təsirləri- xüsusən antihistamin preparatlar

- Alkoqol

- Pəhriziniz

Əgər bu hallardan ikisi varsa, o zaman onları korrektə etməlisiz. Daha sağlam qida rejiminə keçməli, dərmanla bağlı həkiminizlə məsləhətləşməli, özbaşına saxladığınız pəhrizi yox, dietoloqun təyin etdiyi pəhrizi seçməli.

Əgər bunlar yoxdursa, o zaman yorğunluq və yuxululuğun səbəblərini xəstəliklərdə axtarın.

Anemiya (qanazlığı)

Müraciət etdiyiniz ilk terapevt sizi qan analizinə göndərib, hemoqlobinin səviyyəsini yoxlayacaq. Anemiya əslində heç xəstəlik də deyil, bu, bir vəziyyətdir, hansı ki, toxumalara lazımi qədər oksigen çatmır. Qanda hemoqlobin zülalı az olduqda eritrositlər oksigeni daşıya bilmir, oksigen aclığı yaranır, burdan da halsızlıq, yorğunluq, əsnəmək başlayır.

Anemiyanın əlamətləri: dərinin rənginin ağarması, saralması, təngnəfəslik, başgicəllənmə, baş ağrıları, soyuq ovuclar və ayaqlar. Ola bilər ki, qanda hemoqlobin normal görünsün, amma gizli dəmir çatışmazlığı olsun. Bunun üçün xüsusi ferritin zülalına analiz vermək lazımdır ki, orqanizmdə dəmirin səviyyəsini öyrənəsiz. Həmçinin B12 vitamin əskikliyi də anemiya yaradır.

Qalxanabənzər vəzin disfunksiyasının pozulması

Həm hipotireoz, həm də hipertireoz daimi yorğunluq verə bilər.

Hipotireozda zəiflik, çəki artımı, dəridə qurulur, titrətmə, qəbizlik, əzələ, oynaqlarda ağrılarla sintez olunur.

Əgər müalicə olunmasa, zob yaranır. Belə adamlarda xroniki depressiya, yaddaş pozğunliğu və diqqət yayqınlığı yaranır.

Hipertireozda insan xroniki olaraq gücsüzlük hiss edir, səbəbsiz arıqlayır, iştah itir, nəbz, ürək ritmi artır, tez tərləyir, yuxusuzluq, nevroz olur. Qadınlarda menstruasiya pozulur. Bu xəstəlik vaxtında müalicə olunmazsa görmə pozulur, sümüklər əriyir, ürəyin fəaliyyəti azalır.

Depressiya

Depressiya əhvalı kəskin aşağı salmaqla yanaşı, halsızlıq da yaradır.

Gündəlik ən adi hərəkətlər, işlər belə insana yorucu gəlir. Insanın idmana, hobbisinə, əyləncəyə enerjisi qalmır. Əgər qan analizi, hormonal müayinə orqanizmdə fiziki dəyişiklik göstərməsə, o zaman depressiya və sinir xəstəliklərindən şübhələnmək lazımdır.

Xroniki yorğunluq sindromu – Fibromialgiya

Əgər yorğunluq tibbi baxımdan heç bir simptomla, səbəblə izah olunmursa, o zaman insana xroniki yorğunluq sindromu diaqnozu qoyulur. Bu xəstəlik adətən ağrı sindromu olan Fibromialgiya ilə yanaşı gedir.

Bu diaqnozu təyin etmək elə də asan deyil. XYS-da baş ağrıları, spazmalar, qıcolmalar, qarında diskamfort, əzələ, oynaq ağrıları çox olur. Bu diaqnozu terapevt və psixiatr qoyur.

Vəziyyəti yumşaltmaq üçün massaj, iynəbatırma, tənəffüs gimnastikası, yoqa, idman və s. seçilir. Belə xəstələrə dərman təyinatı da ciddi olmalıdır, hər sakitləşdirici və antidepressant vəziyyəti kəskinləşdirə bilər.

Digər səbəblər də az deyil: şəkərli diabet, ürək xəstəlikləri, xərçəng, başda travma və bir sıra xroniki xəstəliklərdə də yorğunluq verə bilir. Ona görə vaxt ayırıb yorğunluq və halsızlığın səbəblərini həkim müşahidəsi altında araşdırmaq lazımdır. Bu halın keçib getməsinə, öz-özünə düzəlməsinə ümid etmək olmaz.

loading...
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 681
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Asiman
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
16 may 2018 23:41
10


Deyim anam halımı
Fələk qarışdırıb gecəmi gündüzümü
Olub ömrüm kədər qəm qüssə
Soruşma anam halımı

Offline
Dan ulduzu
Sanki menim gunluk veziyyetim burda anlatilib.ozum ozume nifret edirem artiq.her gun esebi yorqun halsiz kefsiz ne qeder olar.hemisede beleyem.ancaq axir zamanlar vapse ozumde deyilem.duzdu anemiyayam mende.gerekki ciddi mualice alam.
16 may 2018 23:25
9
Offline
YalniZ-ArZu
Ara sira olur...cox tez tez olan deyil mende...yuxum geldise yatmasam ve ya kimse mane olsa yatmaga esebi oluram, bir saata falan ozume gelirem.
Indi meselen yorgunam o da gun sonu olan weydi, seher yene enerjili olacam inwallah...))
16 may 2018 23:09
8
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Cindrella
Men de de olur.Yegin ki,qanazligindandir
16 may 2018 22:54
7
Offline
sona
Mendede bu hallar baw verir. Seher yerimnen dururam ele bilirem axwamdi o derece yorgub halsiz hiss edirem
16 may 2018 22:47
6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
CANAN
Mende bele seyler olmur.sadece coxlu is gorende yoruluram.birde yol gedende.ayaqlarim yanir.
16 may 2018 21:19
5
canan qizim sirin seker qizim.
Offline
Cema_Axodova
Mende anemiya var ozude demir mende cox azdi.ama mende anadan gelmedi deye ele hallar olmur mende.wukur uwaqlarimda olmadi.
men eseblewende cox iwguzar oluram eksine.az qala daw divarida domestozluyacam)))).
16 may 2018 21:10
4
Offline
BARBI
Mende de cox rast gelinen haldir.Adeten ozumu yorgun hiss edirem
16 may 2018 20:20
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
16 may 2018 19:27
2
Mənim olan bu heart səni çox sevir!!!
Offline
vipbetul
cox doqru qeyd edilib bu cur hal gunlerle aylarla bas verirse hekime muragiyet etmek lazimdir
16 may 2018 19:23
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri