Quru öskürəyi necə müalicə etməli?

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 12 835
Səs ver:
(səs: 0)
Yuxarı tənəffüs yollarının ən çətin, üzücü və uzun müddət çəkən simptomlarından biri də quru öskürəkdir. Yaş, nəm öskürək daha yaxşıdır, çünki yaş öskürəklə bronxlar daha tez təmizlənir. Quru öskürəkdə isə bronxlardan demək olar heç nə ayrılmır, traxeya və bronxların qıcıqlanması nəticəsində sadəcə insanı öskürək yorur. Quru öskürək onun simptomudur ki, bronxlar və ağciyərlərdə problem var, lakin bəlğəm çox qatı olub və onu xaric etmək çətindir. Nəticədə sizi daha çox və uzunöskürək tutmaları boğur. Quru öskürəyi yaradan səbəbləri tapmaq lazımdır, yalnız ondan sonra düzgün müalicə gedə bilər.

- Bronx, qırtlaq və traxeyanıniltihabı, pnevmaniya, bronxit və astma yaşlı insanlarda uşaqlara nisbətən daha çox rast gəlinir.
- Dərman preparatlarının yaratdığı təsir – elə dərmanlar, xüsusən təzyiq preparatları var ki, quru öskürək yarada bilər. Əgər hərhansı dərman qəbulundan sonra öskürək başlayıbsa, dərmanı dəyişin.
- Uzun müddət siqaret və tütün çəkmək: tütün tüstüsünün tərkibində olan maddələr bronxları qıcıqlandırır. Siqaret çəkənin bronxiti adlanan sindromda daimi quru öskürək olur. Bu simptom işi, peşəsi ilə əlaqədartozlu, tüstülü və qazlı mühitdəçalışanlarda da başlayır.
- Allergik reaksiyalar
– istənilən allergen boğazda qıcıqlanma və qəfil quru öskürək tutması verə bilər.- Orqanizmin susuzlaşması
– qəbul olunan su yetərli olmadıqda, bronxlarda bəlğəmigətirməyə srəf etməyə maye olmayacaq.
- Emosional gərginlik, stress, həyəcan – artıq sinir sisteminin təsiri ilə quru öskürək verə bilər. Adətən bu hal gərginlik aradan qalxdıqdan və ya sakitləşdiricilər qəbul etdikdənsonra aradan qalxır.

Quru öskürəyi necə müalicə etməli?
İlk növbədə onu yaradan, kəskinləşdirən səbəb, simptom aradan qaldırılmalı, həkimin müalicəsi sona qədər davam etdirilməlidir.

Tam sağalana kimi quru öskürək tutmalarını yüngülləşdirmək üçün bu qaydalara əməl etməlisiz:
Rütubət, nəmliyi təmin etmək – olduğunuz, yatdığınız otaqda hava təmiz olmalıdır. Kiçik pəncərəni açıq qoyun. Otağı yaş dəsmalla silin. Xüsusi otaq havalandırıcısı ilə otağa su püskürdün. Əgər beləvasitə yoxdursa, otaqda yaş dəsmal asın.

Çoxlu maye qəbulu - həmişə əl altınızda isti maye, içki olsun: sadə su, bitki dəmləməsi, süd və s. İsti suya limon qatıb için. Yatmazdan əvvəl isə zəncəfilli çay için.

Dərmanlarla müalicə - quru öskürəkdə istifadə olunan dərmanlar fərqli olur. Onlar bəlöəmgətirici, yumşaldıcı təsirli olmalıdır. Xüsusi siroplar, bitki tərkibli preparatlar və dərmanlar həkim tərəfindən təyin olunmalıdır.

Xüsusi idman hərəkətləri - bronxlarda spazmı aradan qaldırmağa və bəlğəmi təmizləməyə kömək edən xhərəkətləri təkrarlamaq. Perkussion masajı deyilən masajla ağciyərlərdə qan dövranı yaxşılaşır, bronxlar açılır.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 12 835
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri