Professordan bal sevənlərə XƏBƏRDARLIQ: “Qaraciyəri yağlandırır”

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 1 794
Səs ver:
(səs: 0)
Professordan bal sevənlərə XƏBƏRDARLIQ: “Qaraciyəri yağlandırırMəşhur türkiyəli professor Canan Karatay sevərək qəbul etdiyimiz və faydalı bildiyimiz qidalarla bağlı daha bir maraqlı açıqlamalar verib.

Baldan uzaq durun
Professor ilk növbədə bal sevənlərə xəbərdarlıq edib. O, balın tərkibində bol miqdarda fruktoza və qlükoza maddələrinin olduğunu dilə gətirərək, bu maddələrin qaraciyəri yağlandırdığını və şəkər xəstələrinin baldan uzaqdurmasının vacib olduğunu vurğulayıb.

Çörək və şəkər xərçəng yaradır
Çörək və şəkərin zəhərli olduğunu hər açıqlamasında dilə gətirən C.Karatay, gündəlik iki dilim buğda çörəyi yeməyin şəkərdən daha zərərliolduğuna diqqət çəkib: “Buğda insulin təsiri yaradır və bu hal da xərçəngə şərait yaradır”.

Təbiizeytun yağıvə kərə yağı istifadə edin
Təbii zeytun yağı və kərə yağı yeməyi məsləhət görən professor, marqarin tərkibli süni yağlardan istifadənin ziyanlı olduğunu dilə gətirdi.

Meyvə suyunun alkoqoldan fərqi yoxdur
Professor, C vitaminin yalnız meyvə sularında olmadığını və bunun böyük bir yalan olduğunu dilə gətirib. Meyvə suyunun alkoqoldan heç bir fərqi yoxdur. Meyvə suyu istifadəsinin də qaraciyəri yağlandırıcı təsiri olduğunu əlavə edib.Hər gün 30-40 dənə zeytun yeyin

İmtahana hazırlaşan gənclərin çox yorğun olduğunu söyləyən C. Karatay, onlara gündəlik 3-4 yumurta, 30-40 zeytun, bol-bol fındıq və fıstıqyeməyi, şəkərsiz qəhvə içməyi məsləhət görür.

Qaya duzu sağlamlıq qaynağıdır
Qaya duzunun sağlamlıq qaynağı olduğunu açıqlayan Karatay, süfrə duzundan da qətiyyətlə uzaq durmaq lazım olduğunu diqqətə çatdırıb.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri