Ürəyinizə etdiyiniz pisliklər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 545
Səs ver:
(səs: 0)
Bədənimin orqanları öz işlərini elə tənzimləyiblər ki, heç birindən imtina etmək olmur. Orqanlar arasında ən məsuliyyətli işi ürək yerinə yetirir. Ürək sanki həyatın aynasıdır. Ürəyin sağlamlığı ya da sağlamsızlığı bu aynanın əks etdirdiyi görünüşlərdən qaynaqlanır. Ürəyimiz qiymətlidir, ancaq çox vaxt onun qiymətini bilmədən yaşayırıq. İnsanın ürəyinə edəcəyi ən böyük yaxşılıqların başında pəhrizinə diqqət yetirməsi gəlir. Bununla tac arteriya xəstəliklərindən ölüm riski yüzdə 30-60 nisbətində azala bilir.

Mütəxəssislər ürəyimizə verdiyimiz 11 zərəri belə sıralayırlar:

1. Gec qalxıb gec yemək.
2. Acmadan yemək.
3. Yatmazdan əvvəl yemək.
4. Pis qidalanmaq.
5. Davamlı oturmaq, hərəkətsiz qalmaq.
6. İdman etməmək.
7. Davamlı həddindən artıq stressə məruz qalmaq.
8. Yağ toxuması artımı ilə kilo almaq.
9. Həddindən artıq spirt qəbul etmək.
10. Siqaret çəkmək.
11. Ürəyimizi bir şikayət olana qədər heç ağlımıza gətirməmək.

Kişilərdə 40 yaşından sonra, qadınlarda isə 50 yaşından sonra ürək nəzarəti etdirmək lazımdır.
Xüsusilə sinə ağrısı, sinədə sıxışma, tıxanma və ya yanma kimi əlamətlər ürək-damar xəstəliklərinin erkən əlamətləri ola bilər. Bu şikayətlər sinədə sağda və ya solda, qollarda, mədə üzərində, boyunda və ya çənəyə doğru ola bilər. Bununla bərabər tez yorulma, nəfəs darlığı və ya nəfəs ala bilməmə hissi, boğulma hissi, ritm nizamsızlığı, huşunu itirmə hissi və gecə oyandıran tıxanma hissləri bir ürək xəstəliyi əlaməti ola bilər.

Həkimlər ürək sağlamlığında diqqətli olmağı tövsiyyə edir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri