Rəngli sular zob yaradır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 917
Səs ver:
(səs: 0)
İnsan orqanizmində yod çatışmazlığı problemi bəşər tarixinin ilk illərinə təsadüf edir. Hələ eramızdan əvvəl qədim Çin və Hindistanda zob və onunla əlaqədar olan "kretinizm" xəstəliyinin diaqnostikası mövcud idi. Bu potoloji təsvir antik müəlliflərin əsərlərində, o cümlədən Avstriyada tapılmış əlyazmalar kitabında qeyd olunmuşdur. Zob xəstəliyinin yod çatışmazlığı nəticəsində əmələ gəlməsi halı ilk dəfə 1820-ci ildə aşkar olunub. Həmin vaxtlar alimlər bunu ciddi qəbul etmirdilər. Nəhayət, XX əsrin başlanğıcında zobun yayılma səbəbləri müəyyən olunub. Yalnız 1981-ci ildə Avstraliya alimi Bezil Xetsel bu xəstəliyin mahiyyətini araşdırdıqdan sonra, İsveçrədə bu potologiyanın müalicəsi üçün duzun yodlaşdırılmasına başlanıldı.

Qadınla.com istinadən bildirir ki, orqanizmin inkişafı üçün insana qida ilə yanaşı, kimyəvi elementlərin olması da vacibdir. Bu elementlər içərisində yod mühüm rol oynayır. İnsan həyatı üçün mühüm əhəmiyyət kəsb edən yod insan orqanizminə üç yolla - hava, su və qida məhsulları ilə daxil olur.

Zob nədir?

Orqanizmdə yod çatışmazlığı səbəbindən əmələ gələn xəstəliklərdən ən dəhşətlisi boğaz urudur. Tibb elmində "boğaz uru" adlandırılan bu xəstəlik el arasında zob adı ilə məşhurdur. Zob - qalxanabənzər vəzin potologiyasıdır. Bu anadangəlmə və qazanılmış ola bilir. Zobun bir çox növləri mövcuddur: qarışıq, düyünlü, defus toksik, endemik. Bunlar həmçinin zəhərli və adi zob olmaqla da iki yerə ayrılır. Bu vəzin inkişafının dayanması və funksional aktivlikdən qalması ilə müşayiət olunur. Zob xəstəliyinə dağlıq bölgələrdə daha çox rast gəlinir. Belə bölgələrdə yod çatışmazlığı olduğu üçün endemik zoba tutulanlar çoxdur. Endemik ur qalxanabənzər vəzilərin genetik çatızmazlığı ilə formalaşan xəstəlikdir.

Zob sinir sisteminə təsir edir

Müasir dövürdə zobun ən geniş yayılmış forması defus toksikli urdur. Bu, eyni zamanda zobun ən qorxulu, fəsadlı formasıdır. Mərkəzi sinir və qan damar sisteminin pozğunluğu, ağırlaşması ilə müşayiət olunur. Hətta bu hal mərkəzi sinir sistemini psixoza və ürək çatışmazlığına gətirib çıxarır. Bu, bir çox kliniki hallarla özünü büruzə verir:

· Ürək tez-tez döyünür
· Gözlər bərəlir
· Bədən əsməyə başlayır
· Xəstədə kəskin arıqlama halları başlayır

Hətta bəzən 80 kiloqram olan biri beş gün ərzində 20-30 kiloqram arıqlaya bilər. Belə xəstədə əsmə halları güclü olur. Ona el arasında "teleqraf sütunu" deyilir.



İlkin əlamətləri:

Xəstə qəribə hallar keçirir: həyəcanlı, narahat olur, özünə yer tapa bilmir, cümlə qurub danışmaqda çətinlik çəkir, ürəyi sıxılır. Müalicə vaxtında aparılmadıqda bu hallar daha da kəskinləşir, xəstənin vəziyyəti ağırlaşır, tez-tez qorxur, dəli kimi olur. Adi halda ürək 4-5 litr qan vurursa, bu zaman 30-40 litr qan vurmağa başlayır ki, bu da qan-damar sisteminin zəifləməsinə, ürək çatışmazlığına gətirib çıxarır.

Hazırda geniş yayılmış, konservləşdirilmiş qidalar, rəngli sular, şokoladlar, xaricdən gətirilmiş meyvələr zob yaradan vasitələrdir. Onların tərkibinə vurulan maddələr qalxanabənzər vəzin funksiyasına mənfi təsir edir. Qida vasitələri alarkən onun üzərində ekoloji cəhətdən təmiz olduğunu sübut edən yarlıqların olmasına diqqət yetirin.

Zobun müalicəsi

Konservativ üsul müalicənin olduqca geniş yayılmış formasıdır. Bu müalicə zamanı əsas məqsəd hormonların ifraz olunmasının qarşısının alınmasıdır. Müalicə iki il müddətində aparılır. Bu müddət ərzində müalicə bir nəticə verməsə o zaman cərrahi üsula müraciət olunur. Əməliyyat zamanı qalxanabənzər vəzin bir hissəsi çıxarılır. Qeyd edək ki, cərrahi üsula xəstəliyin əsas əlamətlərini aradan qaldırdıqdan sonra müraciət etmək daha məqsədəuyğundur. Əks halda xəstə ölə bilər. Cərrahi müalicə daha çox düyünlü zobların aradan qaldırılmasında istifadə olunur.

Zob kişilərə nisbətən qadınlarda daha çox yayılıb. Mütəxəssislər bunun səbəbini kişilərlə müqayisədə qadınların sinir sisteminin daha zəif olması və onların orqanizmlərində baş verən dəyişikliklərlə izah edirlər. Qadınlarda əsasən, hamiləlik vaxtı və klimaks dövründə zob yaranma təhlükəsi olur. Belə xəstəliyi olan qadınlarda hamiləliyin pozulması halları tez-tez aşkar edilir. Hamiləliklə yanaşı revmotizma xəstəliyi də urun yaranma prosesini sürətləndirir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 917
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri