Eynəkli insanlar üçün ŞAD XƏBƏR - Bu xəstəliklərə yaxalanmaq riskiniz azdır

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 993
Səs ver:
(səs: 0)
İsveç elm adamları eynəkdən istifadə ilə yüksək intellekt arasında əlaqənin ola biləcəyini ortaya çıxarıb.

Qadınla.com xarici mətbuata istinadən xəbər verir ki, Edinburq universitetinin alimləri cəmiyyət arasında yayılmış "Eynəkli adamlar ağıllı olur” stereotipinin elmi cəhətdən nə qədər doğru olduğunu sübut etmək üçün araşdırma aparıblar.

16 və 102 yaş arası 300 mindən çox insanın zehni və dərketmə qabiliyyəti ilə bağlı məlumatlar əsasında təhlillər aparılıb. Araşdırma nəticəsində funksional idrak, görmə problemləri, yüksək təzyiq və uzun ömür kimi sağlamlıq göstəricilərinin bir-birilə uyğunluq təşkil etdiyi müəyyən olunub.

Daha yüksək intellektə sahib iştirakçıların genləri təhlil edildikdə 30%-in eynək istifadə etməyə məcbur olduğu ortaya çıxıb.

Yüksək intellekt görmə problemləri ilə yanaşı sağlamlıq üçün bəzi üstünlüklərə də şərait yaradır. Tədqiqatçılar eynək taxan insanların ağciyər xərçəngi depressiya, ürək spazması kimi sağlamlıq problemləri ilə daha az qarşışlaşdıqlarını müşahidə ediblər.

Alimlər Edinburq Universitetində aparılan tədqiqatın nəticəsində əldə edilən əlaqələrin qəti nəticə ifadə etmədiyini, zəkanı formalaşdıran şeyin ölçülməsinin imkansız olmasa da, çox çətin olduğunu qeyd ediblər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri