Diqqət! Huşsuzluq ciddi xəstəliyin simptomu ola bilər

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 2 040
Səs ver:
(səs: 0)
Bəzən insan hiss edir ki, fikrini cəmləşdirə bimir, adi işlərdə tez-tez səhvlər edir, hər şeyi unudur.
Əgər bu vəziyyət sizdə uzun müddət ərzində davam edirsə, mütləq həkimə müraciət edib, lazım olan müayinələrdən keçin.
Bəli, bəzən huşsuzluğun səbəbi adi yorğunluq, yuxunun az olması, stress, gərgin iş rejimi, bəzi dərman preparatlarının qəbulu olabilər.
Lakin bəzən huşsuzluq çox ciddi xəstəliklərin ilk simptomu kimi meydana çıxır.

Bu xəstəliklər arasında:
- beyin qan dövranının pozulması.

Bu çox ciddi pozulmadır. Bunun səbəbi beyin qan damarlarının aterosklerozu, damarlarda trombların əmələ gəlməsi ola bilər. Bu isə insultun inkişafı üçünçox "əlverişli" şərait yaradır.

- Alsgeymer xəstəliyi.
Bu xəstəlik qocalıq kəmağıllılığının əsas səbəbidir. Xəstəliyin gecikmiş formalarında xəstə ətrafdakıları tanımır, ona müraciət etdikdə başa düşmür, adi bacarıqlarını (yemək yemək, paltar geyinmək və s.) itirir. Yaşlı insanlarda huşsuzluq, yaddaşın pozulması bu xəstəliyin ilk simptomlarıdır. Vaxt itirmədən nevropatoloqa müraciətedin. Alsgeymer xəstəliyi müalicə olunmasa da müəyyən müalicənin köməyi ilə onun inkişafını ləngitmək mümkündür.

- depressiya.[/b☆Bəzən insan depressiyada olduğunu anlamır və depressiyanın simptomlarını yorğunluq, stress və s. ilə əlaqələndirir. Lakin depressiya çox ciddi pozulmadır və bu pozulmanı müalicə etmək olduqca çətindir. Bir çox hallarda müalicə illər ərzində davam edir. Vaxtında müalicə olunmadıqda depressiya daha da dərinləşir, xəstənin vəziyyəti ağır olur. Nəzərə almaq lazımdır ki, bütün dünyada məhz depressiya intiharların əsas səbəbi sayılır. Vaxtında nevropatoloqa və psixoterapevtə müraciət edin.
[b]- qalxanvari vəzi xəstəlikləri.

Qalxanvari vəzinin hormonları orqanizmin bir çox orqan və sistemlərinə, o cümlədən, sinir sisteminə də təsir edir. Bəzi qalxanvari vəzi xəstəlikləri zamanı vəzdə hormonların ifrazı azalır ki, bu da müxtəlif pozulmalara, o cümlədən, huşsuzluğa, yaddaşın pozulmasınasəbəb olur.

- beyin şişləri.
Huşsuzluq, diqqətsizlik və yaddaşın pozulmasıbeyin şişlərinin ilk simptomlarından ola bilər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 040
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri