6 qorxunc ruhi xəstəlik

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 2 912
Səs ver:
(səs: 0)
Vendigo xəstəliyi:
Insan ətinə duyulan istəkdir. Bu xəstəliyə Algonquian cinsindən olan Vendigo adlı adamyeyən canavarın adı verilib. Bu xəstələr insan əti yemək üçün inanılmaz istək duyurlar. Əslində mütəxəssislər bu ruhi xəstələri böyüdüyü mühit ilə əlaqəli olduğunu deyir. Müalicəsi olan bir xəstəlikdir.

Şizoid şəxsiyyət dəyişkənliyi:
Həyat boyunca ictimai passivliklə xarakterizə olunan bir çatışmazlıqdır. Yetkinlik dövründə cəmiyyət münasibətlərindən qopmaq və hisslərində soyuqluq görülür. Mühitdən uzaq, yanlız, ünsiyyətdən kənar, içə qapanıq, sinirli, soyuq, səssiz insan kimi tanınırlar. Ümumi insanlarda %7,5 nisbətində rast gəlinir. Kişilər arasında daha çox yayılıb.

Sinestezi xəstəliyi :(məncə xəstəlik yox istedaddır)
Sinestezi tam olaraq bir hissin başqa bir hissi ifadə etməsi kimi də açıqlana bilər. Sinestezi xəstəliklərdə beyin eşitdiyi səsləri zehnində görüntüyə çevirir, gördüyü şeyləri isə səslərə çevirərək dərk olunmasını təşkil edir. Qısaca, səslərin qoxlandığı, şəkillərin dadıldığı, rəngləriin hiss edildiyi bir mexanizmdən söhbət gedir.

Capgras aldanması:
Bu xəstəlikdə, xəstə ətrafında olan insanların başqa insanlarla dəyişdiyinə inanır. Əslində xəstənin bütün yaxınları dəyişib və onların çox oxşarları həyatına girib. Ağır şizofren vəziyyətlərdə mütəmadi rast gəlinir. Fəqət, beyin zədələnməsi ilə də yarana bilər.

Diyojen sindromu:
Adətən yaşlı insanlarda daha çox rast gəlinən bir xəstəlikdir. Xəstə paranoya və ünsiyyət qurmaqda çəkdiyi çətinliklər səbəbiylə kütlədən özünü soyudur, evində zibil toplamağa və çoxlu heyvanla yaşamağa başlayar. Müalicəsi vardır.

Pika sendromu:
Bu xəstəlik yeyilməyəcək şeyləri yemək istəyidir. Xəstələr qum, daş, sabun, metal kimi yeyilməyəcək bir çox şeyi yeyir. Mütəxəssislər son illərdə apardıqları araşdırmalarda əslində bu xəstəliyin ruhi vəziyyətlə yox, vücudda olan mineral çatışmazlığı ilə əlaqədər ortaya çıxdığına inanır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri