Mən niyə arıqlayıram? 7 GİZLİ SƏBƏB

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 852
Səs ver:
(səs: 0)
Səbəbsiz arıqlama ən təhlükəli simptomlardan biri sayılır.
1 ay ərzində çəkinin 1-2 kq azalması təhlükəli deyil.
Lakin pəhriz saxlamayan və həyatında heç bir dəyişiklik (güclü stress, xəstəlik və s.) olmayan insanın çəkisi 1 ay ərzində 5% və bundan artıq düşübsə, bu mütəxsəssisə müraciət etmək üçün ciddi səbəb sayılır.

Sizə səbəbsiz arıqlamanın səbəblərini təqdim edirik:

- Qalxanvari vəzi xəstəliyi.
Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması) zamanı insanda maddələr mübadiləsi kəskin sürətlənir ki, nəticədə insan səbəbsiz olaraq arıqlamağa başlayır. Digər simptomlar: nəbzinartması, tərləmənin güclənməsi, əsəbilik, dərinin quru olması, əllərin əsməsi və s.

- Depressiya kəskin arıqlamaya səbəb olur.
Bir çox hallarda insan özündə bu pozulmanın olduğunu anlaya bilmir və həkimlərə müraciət etmir.

- Ciddi mədə-bağırsaq sistemi xəstəlikləri (xroniki pankreatit, xroniki xolesistit).

- Hepatit C. Bu qaraciyəri məhv edən təhlükəli infeksiya gizli inkişaf edir və uzun müddət ərzində özünü heç bir simptomla büruzə vermir.
Məhz bu səbəbdən onu "lal qatil" adlandırırlar.

- Vərəm.
Bu xəstəlik də gizli inkişaf edir və çəkinin azalmasına səbəb olur. Arıqlamadan əlavə xəstədə uzunsürən öskürək, hərarətin uzun müddət ərzində 37C-dən qalxması, ümumi halsızlıq, gecə vaxtı güclü tərləmə və s.

- Qurd xəstəlikləri də arıqlamaya gətirib çıxardır.
Digər simptomlar arasında: ürəkbulanması, qarında ağrılar, köp, bəzən dəridə səpgilərin əmələ gəlməsi.

- Onkoloji xəstəliklər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 852
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri