Ürək xəstəliyinin əlamətləri

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 7 483
Səs ver:
(səs: 0)
Son illər bütün dünyada, o cümlədən Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı sürətlə artır. Ən təhlükəlisi isə bu xəstəliyin cavanlaşmasıdır.
Əgər əvvəllər ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb.

Ürək cərrahı Kamran Musayevin sözlərinə görə, gənc yaşda bu xəstəliyin ortaya çıxmasının ən önəmli səbəbləridənbiri irsiyyət faktorudur. Ailəsində qəfil ölüm olan, ciddi piylənməsi, hipertoniya -qan təzyiqi və şəkər xəstəliyi olan insanlar, gənc yaşlarda ciddi şəkildə siqaret və digər tütün məmulatlarından istifadə edən insanlar risq qrupundadır:

“Bunlar mütləq gənc yaşlarında kardioloqa getməlidir. Bu gün dünyanın hər yerində, bizim respublikamızda da bu hallar olanda, bu xəstələrin çox böyük hissəsi ilk bir saat içində itirilir və biz həkimlər olaraq o xəstələrin həyatını qurtara bilmirik”.

Həkim ürək xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalmasını sosial faktorlarla, ətraf mühit, ekoloji amillər və son illər artan psixo-emosional gərginliklə birbaşa əlaqəli olduğunu qeyd edib. Ürək-qan-damar xəstəliklərinə ürəyin işemiyası, hipertoniya, ateroskleroz, ürək qüsurları və sair daxildir.
Bunlardan ən geniş yayılanı isə ürəyin işemik xəstəliyidir ki, bu da qəfil ölüm, Miokard infarktı, ürək ritminin pozulması, ürək çatışmazlığı kimi özünü göstərir. Xəstəlik əvvəlcə döş sümüyü arxasında, ürək nahiyəsində ağrılarla özünü biruzə verir. Bəzən başqa əlamətlərlə də üzə çıxır.

“İnfarkt xəstəliyi əslində ürəyin işemik xəstəliyinin təzahürlərindən biridir. Ürəyin işemik xəstəliyi bu gün səhiyyənin, tibbin dünyadakı inkişafına baxmayraq bütün dünyada ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında birinci sıradıdar. Bu xəstəliyin əlamətlərimüxtəlif cür olur. Bəzi xəstələrdə çox sadə ağrı şəklində olur. Və onu da qeyd edim ki, ürək ağrısı çox vaxt solda, sol döşü üstündə olan ağrı deyil. Klassik, tipik ürək ağrısı ortada sinədə sinə sümüyünün arxasında yandırıcı, sıxıcı tərzində olan ağrıdır”, - deyə həkim vurğulayıb.

Tutma şəklində ağrılar, ağrıların sol qola, sol kürək və boyun nahiyəsinə vurması, eləcə də tərləmə, baş gicəllənməsi kimi hallar da ürək xəstəliklərinin ilk simptomları sayılır. Ürək xəstəliklərində dodaqların ətrafı, göz dibi və barmaqların ucunda bir qədər göyümtüllük olur. Bu da onunla bağlıdır ki, ürək zəif olduqda, həmin hissələrdə qan lazımi qədər oksigenlə təmin olunmur.

Ağır ürək çatışmazlığında isə xəstənin qarın boşluğuna maye toplanır, aşağı ətraflarda isə şişkinlik əmələ gəlir.

Cərrah Kamran Musayev ilkin mərhələdə xəstəliyin qarşısı alınmasa, bunun daha ağır nəticələrə səbəb ola biləcəyini deyir. Çünki infarkt xəstəliyi ürəyin oksigenlə lazımi qədər qidalanmaması nəticəsində yaranır. Tac damarlar 75 faiz daralır və ölüm riski artır. İnfarkta məruz qalan insana təbii ki, təcili tibbi yardım lazımdır. Ancaq həkimlər gələnə qədər ümumi yardım tədbirləri görülə bilər: “Bu gün təcili yardım stansiyaların həkimlərinin hamısı kəskin miokardın infarktına necə müdaxilə olunacağını bilir. Onlarda o müdaxiləni edə biləcək maddi texniki təchizat da var. Əgər infarkt keçirən bir insana siz vaxtında bir aspirin çeynədə bilsəniz, bu, ölümləri 25-30 faiz azaltmağı deməkdir”.

Dünyada insanların 60 faizi məhz ürəklə bağlı xəstəliklərdən həyatını itirir. Statistik göstəricilər bu xəstəliklərdən ölənlərin sayının ildən-ilə artdığını və daha cavan yaş həddinə keçdiyini təsdiqləyir. Çalışın ki, sağlamlığınızın, xüsusən də ürəyinizin qeydinə qalın.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 7 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri