Gözaltı şişliklərin yaranma səbəbləri

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1 623
Səs ver:
(səs: 0)
Gözaltı torbaları gözaltı şişliyi olaraq da bilinir. Vücudun ən çox diqqət çəkən hissəsi məhz gözaltı nahiyyədir. Bu hissədə yaranan şişliklər şəxsi xəstə, yorğun, yaşlı görsədir. Bu vəziyyətin müxtəlif səbəbləri ola bilər.

Göz altında yaranan şişliklərin səbəbləri nədir?
– Genetik;
– Allergiya;
– Yuxusuzluq;
– Böyrək xəstəlikləri;
– Qocalma;
– Hamiləlik;
– Xronik sinüzit;
– Tiroid vəzinin çox çalışması;
– Göz ətrafında yaranan şişliklər;
– Göz qapaqlarının iltihablanması;
– Həddindən çox duzlu yemək.

Çay dəmi, kartof, soyuq qaşıq kimi üsullarla bunun qarşısını almaq mümkündür.

Bunun üçün kartofu halqa formasında kəsib gözaltı hissələrinə qoya bilərsiniz. Və ya rəndədən keçirib həmin hissəyə qoya bilərsiniz. Şişliyiniz bitənə qədər 3-5 dəqiqə qədər təkrarlaya bilərsiniz.

Yaşıl, qara çay poşetlərini atmaq əvəzinə göz şişliklərində istifadə edə bilərsiniz. Bunun üçün poşeti 15 dəqiqə ərzində saxlayın.

Vücudda su azlığı da göz ətrafında şişliklərin yaranmasına səbəb ola bilər. Bunun üçün duzlu qidalardan uzaqlaşın və bol maye qəbul edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 623
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri