Gözünüz qaranlıqda parıldayırsa, xərçəng ola bilərsiniz - Həkim RƏYİ

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 348
Səs ver:
(səs: 0)
“Gözün ən qorxulu və ölümcül xəstəliklərindən biri göz xərçəngidir”.

Bunu paytaxtın baş oftalmoloqu Sevda Bəşirova açıqlamasında deyib: “Tibbi dildə “retinoblastoma” adlanan xəstəlik gözün torlu qişasının xərçənginə deyilir. Bu xərçəng növü daha çox uşaq yaşlarında əmələ gəlir”.
Baş oftalmoloq qeyd edib ki, xəstəlik əvvəlcədən özünü büruzə vermir. Uşaq yaxşı görür, ancaq zamanla görmə qabiliyyəti aşağı düşür və çəpgözlük meydana gəlir. Həmçinin uşağın bir gözü qaranlıqda pişik gözü kimi parıldayır. Bu zaman valideynlərdə şübhə yaranır və həkimə müraciət edirlər. Xəstəlik nə qədər erkən aşkarlansa, xəstənin yaşama şansı o qədər artar.

Həkim bildirib ki, yetkin insanlarda olan göz içi şişi "melanom‟ erkən dövrdə narahatlıq vermir. Ancaq xəstəlik vaxtında aşkar olunmadıqda beynə və digər orqanlara metastaz verir. Xəstələrə xərçəng dioqnozu qoyulduqdan sonra onun hansı mərhələdə olduğu aşkarlanır. Buna uyğun kimyaterapiya müalicəsi yaxud gözün çıxarılmasına qərar verilir.

Həkim əlavə edib ki, göz xərçəngi daha çox irsi xəstəlikdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri