Səs-küy insulta səbəb ola bilər

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 1 785
Səs ver:
(səs: 0)
Təmir-tikinti işləri zamanı yaranan səs-küy, avtomobil siqnalları böyük təhlükə mənbəyidir. Əsəblərə birbaşa təsir göstərən həmin səslər müəyyən sağlamlıq problemlərinə də səbəb olur.

Qadınla.com bildirir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, əslində fərqində olmadığımız problemlərin kökündə 50 desibeli keçən səslər dayanır. Yuxusuzluq, stress, ürək-damar problemləri normadan artıq səs-küy nəticəsində yaranır.

Bunu nəzərə alan Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri insanlara həmin səslərdən mümkün qədər uzaq olmağı tövsiyə ediblər. Çünki yaranan xoşagəlməz səslər insulta və ürək xəstəliyinə aparıb çıxarır.

Bir müddət əvvəl təşkilat paltaryuyan, qabyuyan, ətçəkən maşının, tozsoran səsinin də insan sağlamlığına zərərli olduğu barədə xəbərdarlıq etmişdi.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 785
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri