Tütün bədxassəli şişlərin yaranmasına gətirib çıxarır

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 1 972
Səs ver:
(səs: 0)
Nikotin zəhərli təsiri ilə yanaşı, həm də insanlarda güclü asılılıq yaradır. Gənclər nikotindən asılılığa daha həssasdırlar.

Qadınla.com bildirir ki, bu fikirlər Astara şəhərindəki Gənclər evində 31 May-Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin nümayəndəsi Elşad Axundov, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev tütünün zərərli tərkibi, tənəffüs, həzm, ürək-damar və sinir sisteminə, reproduktiv sağlamlığa təsiri, siqaretçəkmənin fəsadları barədə danışıblar.

Qeyd olunub ki, tütünün tərkibində nikotindən başqa insan orqanizmi üçün başqa təhlükəli sayılan 7000-nə qədər toksiki-kimyəvi maddə var. Bunlardan 19-u güclü kanserogen təsirə malik olub bədxassəli şişlərin yaranmasına səbəb olur.

Diqqətə çatdırılıb ki, dünyada hər gün 4000 gənc ilk dəfə siqaret çəkir. Bu ildə 1,5 milyon gənc deməkdir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri