Daltonizm xəstəliyi

Müəllif: Son Bahar
Şərhlər: 7
Baxılıb: 2 514
Səs ver:
(səs: 0)
Nədir?
Bir sıra insanlar var ki, bunlar, bəzi rəngləri görə bilmirlər və yaxud müəyyən rəngləri bir-birindən ayırd edə bilmirlər. Gözlərdə rənglərə qarşı xas olan bu pozğunluğu ilk dəfə yazan, İngilis alimlərindən, Dalton olmuşdur.

Daltonun özündə və qardaşında bu xəstəlik var idi. Onun üçün bu xəstəlik Dalton xəstəliyi adlandırılmışdır.
Dalton xəstəliyi, çox hallarda anadangəlmə olur. Sonradan qazanılma formaları çox azdır. Xəstələr tərəfindən görülməyən müəyyən rənglər (qırmızı, yaşıl, mavi) olmaq üzrə üç dənədir. Bəzi xəstələr qırmızı, bəziləri yaşılı və bəziləri isə mavi rəngi görə bilmirlər.
Bu xəstəlik gözlərdə başqa heç bir xəstəlik olmadığı halda, mövcud ola biləcəyinə görə rəng müayinəsi aparılmadan bilinməyə bilər.

Diaqnozu
Xəstələrin müayinəsi xəstəyə bir çox rəngli cisim göstərmək və bunları bir-birindən ayırd etmələrini istəmək surəti ilə aparılır.

Lakin ən yaxşı və asan müayinə üsulu, xəstəyə, bir qutu içərisinə qoyulan, qırmızı, yaşıl, mavi, sarı, qara rəngdə olan topları göstərməklə edilir. Məsələn: Bu toplar içində yaşıl olanı tapması tələb olunur. Gözlərində yaşıla qarşı Daltonizm olanlar, bu rəngi tapa bilməz. Onun yerinə başqa rənglərdən birini göstərirlər.
Bütün rənglər bu surətlə axtarılaraq, nəhayət, hansı rəngə qarşı görməməzlik mövcud olduğu aydın olur. Qatarlarda, tramvaylarda və avtomobillərdə çalışacaq olan maşinist, kapitan,sürücü kimi insanların və digər məmurların gözlərində Dalton xəstəliyi olduğu təqdirdə, yollara və dənizlərə, avtomobillər üçün qoyulan rəngli işarələri görməmələri və yaxud yanlış görmələrinə görə bəzi qəzaların olması mümkün olduğuna görə bu kimi işlərə qəbul edilənlərin, gözləri həmçinin Daltonizm baxımından müayinədən keçirilməlidir.
Bunlardan başqa, rəssamlıq, xalçaçılıq, boyacılıq və dərzilik kimi peşələri yerinə yetirənlərin bu işlərdə müvəffəqiyyətli olmaları üçün gözlərində Daltonizm olmamalıdır.

goz yƏn çox görülən və anadangəlmə olan Daltonizmin nə kimi səbəblərdən irəli gəldiyi hələ ki yaxşıca məlum deyil.
Çox nadir rast gəlinən sonradan qazanılma şəklində isə çox tütün, alkoqol istifadə etməyin, bəzi sinir xəstəliklərinə tutulmanın, yıxılmaq,zərbə kimi bir qəza nəticəsi, kəllə sümüklərində bir qüsur olmasının Dalton xəstəliyinə səbəb ola bilər.

Müalicəsi
Anadangəlmə olan Dalton xəstəliyinin bir müalicəsi yoxdur. Sonradan qazanılan xəstələrdə, tütünü, alkoqolu tərk etməyin, gözlərini yormayıb istirahət etdirməyin, kəllə sümüklərində bir pozuntu varsa, onu düzəltdirməyin bir dərəcəyə qədər faydası ola bilər.

Fuad Nəzərov
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 514
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri