Baş ağrılarının dərmansız müalicəsi – Osteopatik seansla

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 741
Səs ver:
(səs: 1)
Əgər uzun müddətdir müxtəliv baş ağrıları, miqrendən əziyyət çəkirsizsə, dərmanlar müvəqqəti təsir edirsə, o zaman səbəbləri sümük-toxuma, damar sıxılmasında, orqanizmdə osteoatın tapa biləcəyi dəyişikliklərdə axtarmaq lazımdır.

Osteopat müayinə zamanı xəstənin şikayətlərindən anamnez toplayır və palpasiya metodu ilə toxumaları basaraq barmaqlarının ucu ilə anatomik olaraq orqanların yerini dıyişib-dəyişməməsini axtarır. Orqanizmdə hansı nöqtədə tarazlığın pozulması baş veribsə onu qeyd edir.

Həkim –osteopatın missiyası sümük-əzələ aparatının balansını təmin etmək, spazm, blok, ağrı nöqtələrini aradan qaldırmaqdır.
Ola bilər ki, düzgün diaqnoz üçün əlavə laborator və USM müayinə də təyin olunsun.

Həkim onurğa sütun mayesinin sirkulyasiyası, venoz axın, damarların vəziyyəti, onurğanın vəziyyətini analiz etməlidir.

Osteopatiya bütün orqanizmə vahid sistem kimi yanaşır. Bağ ağrısı təkcə baş nahiyəsi ilə bağlı olmaya da bilər. Hətta çanaq və büzdüm sümüyündə olan azca yerdəyişmə də başda ağrılar yarada bilər. Kəllə qutusunda olan çoxsaylı nazik, incə kanallar sərbəst olmalıdır, sıxılmamalıdır.

Osteopatiya ilə uğurla korrektə olunan xəstəliklər:

-Onurğa sütunu problemləri – ostexondroz, yırtıqlar, ağrılar, sıxılmalar
-Baş ağrıları –gərginlik ağrısı, vegetodistoniya, hipertoniya, kəllə sümük və toxumalarının yerdəyişməsi
-Travma sonrası zədələr
-Psixomotor geriləmə
-Nevralgiya
-Varikoz problemlər

Boyun arteriyası sindromu, boyun əzələlərinin gərginliyi, sıxılması və miqren osteopatiyaya tabe olan problemlərdir.

Baş beynin qan damar sisteminin pozulması nəticəsində qan dövranının zəifləməsi də baş ağrıları verir.
Həkim osteopat əllərini kəlləyə qoyaraq bəzi hərəkətlərlə kəllə sümüklərinin hərəkət ritmini izləyir. Əgər hər hansı sümükdə,birləşmədə gərginlik, sıxılma, natarazlıq varsa, onu düzəldir, nəticədə baş ağrısı kəsilir.

Çox zaman beldə olan sıxılmalarla əlaqəli olan baş ağrıları osteopatın 1-2 seansı ilə aradan qalxır. Çünki normal qan dövrabı bərpa olunur, kəllə daxili ağırlıq, təzyiq aradan qaldır, arterial və venoz qan axını bərpa olur.

İstənilən halda, ömrünüzdə bir dəfə də olsa osteopat müayinəsindən keçin. Əgər baş ağrıları varsa, sizə osteopat seansı vacibdir. Osteopat müalicəsi üçün yaş həddi yoxdur. Körpə uşaqlardan tutmuş yaşlı insanlara kimi hər kəsə lazımdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 741
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri