Alimlər diabetin gözlənilməz səbəbini açıqladı

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 637
Səs ver:
(səs: 0)
Alimlər aparılan son tədqiqatlar nəticəsində insanda diabetin meydana gəlməsinin gözlənilməz səbəbini aşkarlayıb.

Qadınla.Com bildirir ki, amerikalı alim Ziyad Əl Əlinin sözlərinə görə, hava minimal səviyyədə çirkləndikdə belə bu diabet xəstəliyinə tutulma riskini yaradır.

Tədqiqatçı dövlətlərin vətəndaşların sağlamlığını qorumaq üçün atmosferin təmizlənməsi istiqamətində ciddi addımlar atmasını vacib sayır.

Çinli tədqiqatçıların hesablamalarına görə, diabet xəstələri orta-statistik insanla müqayisədə 10 il daha erkən ölür.Təkcə ABŞ-da hər il orta hesabla şəkərli diabetdən əziyyət çəkən insanların 12 faizi dünyasını dəyişir.

Bundan əvvəl alimlər diabetin meydana gəlməsinə müxtəlif ziyanlı qidaların təsir göstərdiyi açıqlamışdı. Məsələn, tərkibində zərərli boyaq maddələri olan ərzaq məhsulları ilə qidalanan insanlar sağlam şəkildə qidalanan insanlarla müqayisədə diabet xəstəliyinə daha həssas olur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri