Diqqət! Dənizdə bu xəstəliklərə yoluxa bilərsiniz

Müəllif: Lalə_Officail
Şərhlər: 5
Baxılıb: 231
Paylaş:
Səs ver:
(səs: 0)
Alimlər sübut edib ki, çimərlik və dənizdə istirahət edən insan bəzi xəstəliklərə yoluxa bilər.

İndiki çimərliklərin ekoloji vəziyyətini nəzərə alsaq, bu xəstəliklərin siyahısı arta bilər. Əgər çimərlik və hovuzdan qayıtdıqdan sonra özünüzü yaxşı hiss etməsəniz, mütləq həkimə müraciət edin.

Qadinla.comuşaqdan böyüyə hər kəsin çimərlikdə yoluxa biləcəyi xəstəliklərin siyahısını təqdim edir.

Qurdlar

Çimərlik qumu steril deyil. Orda itlər, pişiklər gəzir, dənizdən müxtəlif mikroorqanizmlər düşür. Ona görə bu qumda çox rahatlıqla parazit qurdları tapılır: askarid, toksokar, vlasoqlav. Bu səbəbdən qumun üzərində yox, şezlonq, topçan və ya heç olmasa dəniz dəsmalı, xüsusi örtüyün üzərində uzanmaq lazımdır.

Çimərlikdə bacardıqca az yemək yeyin. Dırnaqlarınızın dibinə keşmiş yumurtalar ağzınıza düşə bilər. Yaxşı olar, çimdikdən sonra duş altında yaxalanıb, əllərinizi və dırnaqların dibini sabunla yuyub, sonra yemək yeyəsiniz.

Göbələk

Xüsusən yaş, nəm qumsallıq, torpaq, yaş çınqıl mikozların sevdiyi və çoxaldığı mühitdir. Göbələk daban və barmaqlara asanlıqla yapışır. Ona görə dəniz suyunun kənarına ayaqyalın yox, çimərlik başmağı ilə yaxınlaşıb gəzin.

Viruslar

Dənizdə çiməsən, dəniz suyu udmayasan? Ən azı bir-iki damcı dəniz suyu ağız boşluğuna düşəcək.Xüsusən uşaqlar bunu kontrol edə bilmir. Dəniz və hovuz suyunda bağırsaq çöpləri, enteroviruslar və xolera var. O halda bunlara yoluxmaya bilərsiz ki, xüsusi təchizatlı çimərliklərdə və hövzələrdə çimirsiz, hansı ki, orda sulardan laborarotiya sınaqları götürülür. Əgər getdiyiniz yerin suyunu heç kim yoxlamırsa, o zaman istənilən virusa hazır olun.

İltihblar

Daha çox bağırsaq, mədə və cinsi orqanların iltihabi xəstəlikləri rast gəlinir. Xüsusən kritik günlərdə dənizə girən qadınlar təhlükə altındadır. Çünki istər tampon, istər bez dəniz suyunu özünə hopduraraq, ordakı bakteriya və virusları cinsiyyət yollarına ötürür. Yaxşı olar ki, kritik gündə dənizə girməyəsiz.

Sistit

Yaş çimərlik geyimində və alt paltarında çox gəzmək, uzanmaq olmaz. Bu sidik kisəsini soyuqlada bilər. Ona görə çox qadınlar yayın sonu sistitlə üz-üzə qalır. Xüsusən əvvəlcədən sistiti olan insan üçün risk daha çoxdur. Yeganə yol dənizdən çıxan kimi dəyişik geyim geyinməkdir.

Böyrək xəstəlikləri

Böyrəklər nəmişlik və soyuq sevmir. Bu səbəbdən yaş çimərlik geyimində gəzmək və oturmaq böyrək xəstəliklərinin riskini xeyli artırır. Çimərlik mövsümünün sonunda uroloqlara müraciət edən insanların sayı adətən artır.

Bu səbəbdən dənizdən çıxanda bədəninizi mütləq qurulayın və quru paltar geyinin.

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 231
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Lalə_Officail
Dennize aparan oldu ele mende mikrobu qarpdim tezce...pff Getdiyim vaxtlarda irgenirem onsuz ama yene ureyim durmur girirem denize.Aglima coxx iyrenc seyler gelir masalapff
13 iyul 2018 09:14
5
Offline
vipbetul
denize gederken her yerede getmek olmaz
11 iyul 2018 23:33
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
CANAN
Denize hec vaxt getmemisem.bilirem ki getmeyecemde.
Ama bele goturense heqiqide deniz cirk menbeyidi.her adam girir.Herede bir xesdelik var.
Hele irgenerem bezi seyler yadima dusdu.iyy
11 iyul 2018 16:56
3
canan qizim sirin seker qizim.
Offline
Cema_Axodova
Sevirem denizi wukur ki bu qeder cimmiwem hec bir problem yaranmayib
11 iyul 2018 16:41
2
p.s
Offline
BARBI
Deniz infeksiya menbeyidir.Ozumuzu qorumaliyiq.
11 iyul 2018 16:39
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri