Qalxanabənzər vəzin xəstəliyi olan HİPOTİROİD NƏDİR? MÜALİCƏSİ VARMI?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 599
Səs ver:
(səs: 0)
Fiziki funksiyaların demək olar ki, hamısını təsir edən tiroit vəzinin az işləməsi mənasına gələn hipotiroid haqqında narahat edənləri sizlər üçün araşdırdıq. Bəs, hipotirodin əlamətləri nələrdir və müalicəsi varmı? Məhz hipotiroid haqqında bilməyiniz lazım olanları QADİNLA.COM sizlərə təqdim edir.

Tiroit vəzinin kifayət qədər işləyib işləməməsi vəziyyətini beyində yerləşən "hipofiz" adı verilən hissə müəyyən edir. Qalxanabənzər hormonun az işləməsinə hipotiroid deyilir. Bu vəziyyət də immuniteti zəiflədərək metabolizm yavaş işləməsinə səbəb olur.

Hipotiriod xəstəliyi uşaqlıq və uşaqlıq dövründə ortaya çıxanda zəka çatışmazlığına səbəb olur. Əgər müalicə geç başlayarsa zəka geriliyi qalıcı hala gəlir və müalicə edilə bilmir. Yetişkinlik dövründə ortaya çıxan hipotiroid isə qalxanabənzər hormonu müalicəsi ilə böyük bir yaxşılaşma baş verir.

RİSK ALTINDA OLANLAR

Şəkər xəstələri, qansızlıq narahatlığını yaşayanlar, 60 yaş üstü qadınlar, qandakı yağ nisbəti çox olan adamlar, adətən nizamsızlığı və depressiya halına tez-tez girən adamlar hipotiroid xəstəliyini yaşama riski altındadır. Bundan başqa, qalxanabənzər vəzi anadangəlmə işləməyənlər və ya zəhərli zob müalicəsində qalxanabənzər vəzləri təhrik olan insanlarda də görülür.

HİPOTİROİDİN ƏLAMƏTLƏRİ

Halsızlıq, üşüməyə bağlı titrəmə, tər vəzilərinin işləməməsi, davamlı səs tutulmalarında, göy oynaqların şiş toplaması, bədəndəki maye miqdarının azalmasına bağlı dəridə quruma, saç tökülməsi və yuxu pozğunluğu kimi əlamətlərlə özünü göstərir. Eyni zamanda, yaddaş zəifliyi, qanazlığı, kilo artımı və nizamsızlığı kimi ciddi narazılıqlarla da ortaya çıxa bilər.

HİPOTİROİDİN MÜALİCƏSİ

Tiroitin az çalışmasından mənbəli meydana gələn bu narahatlıq üçün mütəxəssislər adətən əlavə hormon möhkəmlətməsi üçün dərman müalicəsi tətbiq edir. Bu dərmanların mədə və bağırsaqlara ziyan verməməsi üçün səhər ac qarnına səhər yeməkdən ən az 30 dəqiqə əvvəl içməlidir.

Qalxanabənzər vəzi az işləyən hamilə qadınların müalicəsi isə olduqca riskli keçər. Mütəxəssis nəzarətində alınan dərmanlar körpəyə zərər verməməsi üçün dozaları daim dəyişdirilir.

HİPOTİROİDE YAXŞI GƏLƏN QİDALAR

Omega-3 yağ turşuları qalxanabənzər hormonlarının daha sağlam çalışmasını dəstəkləyir. Balıq, Omega-3 yağ turşuları baxımından zəngindir. Bu üzdən hipotiriod xəstəliyinə meylli insanların bol miqdarda bu yağ turşularını istehlak etmələri lazımdır. Bundan başqa, dalayıcı otu, kuşkonmaz, bibər, yerkökü, amerikan armudu, balqabaq kimi qida dəyərləri yüksək ərzaqlarda hipotiroide yaxşı gəlir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri