Qadınlarda klimakterik dövr və təbii üsullarla müalicəvi məlhəmlər

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 54 146
Səs ver:
(səs: 4)

Hər bir qadının həyatında ayrılmaz və vacib yer tutan klimaks özü ilə müxtəlif problemlər, rahatsızlıqlar gətirir. Klimak hətta nəticə etibarilə qadınlarda cürbəcür fəsadlar, əmək və həyat qabiliyyətinin pozulmasına səbəb olan xəstəliklər yaradır. Görəsən nə etmək lazımdır ki, bu kimi arzuolunmaz nəticələrin qarşısı alınsın, proses rahat və ağrısız keçsin? 
Klimaksın tez baş verməsi müxtəlif xəstəliklərin nəticəsidir. Məsələn, qadının keçirdiyi somatik xəstəliklər, endokrin xəstəliklərdə, xroniki böyrək çatışmazlığı, keçirilən kəskin stresslər, xroniki stress və digər hallar səbəb olur. Stress həyatımızın ayrılmaz özəyidir. Stressiz həyat mümkün deyil. Stress orqanizmin baş verənlərə uyğunlaşmasını həyata keçirir. Lakin dağıdıcı stress həyatımızı korlayır və məhv edir. Bu bizim həm psixoloji durumumuza pis təsir edir, həm endokrin statusumzu pozur, cinsi sferada dəyişiklik yaradır. Buna görə də kəskin və xroniki stresslər keçirən qadınlar klimaksı çətin keçirirlər.Və yaxud da müxtəlif dərman preparatlarının hansısa müddətdə qəbul edilməsi də klimaksı tezləşdirə bilər. Müxtəlif hormonal preparatların articles: KLIMAKKK.jpgп»їqəbulu klimaksın yaxınlaşmasına səbəb ola bilir. Klimaksla bağlı qadın həyatını 3 dövrə bölmək olar: Klimaksa qədərki, klimaks və klimaksonrakı dövrdür. Bu period 45-46 yaşlarından başlayır. Tərləmə, bədənə, xüsusən üzə, boyna istilik gəlmə, ürəkdöyünmə halları olur. Bu da qadında tədricən ekstragen hormonunun azalmasından xəbər verir. Belə qadınlarda qan təzyiqinin yüksəlməsi və ya azalması baş verə bilir. Ürəkdə sıxıcı ağrılar ola bilər. Ağrılar sol qola, sol çiyinə də vura bilər. Stenokardiya tutmalarına oxşar ağrılar baş verə bilər. Belə qadınlara spazmalitiklər, ağrıkəsicilər təyin edildikdə çox vaxt təsir etmir. Maraqlıdır ki, həmin qadınlara ekstragen əvəzedicisi olan preparat, klimaks dövrünü tənzimləyən dərman, vegetativ distoniyanı götürən preparatlar təyin etdikdə bu qadınların ürək ağrıları keçir. Bu simptoma klimakterik kardiopatiya deyilir.Yəni klimaks dövrü ilə bağlı yaranmış ürək problemləri. Belə xəstələrdə ola bilsin emosional vegetativ pozğunluqlar olsun. Klimaks keçirən qadınlar əsəbi, ağlağan ola bilər.Yuxululuq və ya yuxu pozuntusu ola bilər. Hətta ətraf mühitə laqeydlik-melanxoliya da ola bilər. Belə xəstələr hətta bəzən psixiatra, psixoterapevtə müraciət etməli olur. Proses bəzən elə dərinləşir ki, belələrini psixoterapevtlə birgə müalicə etməli oluruq. 
п»їMenopauza normal halda 50-51 yaşda başlayır. Bu yaşda 12 ay müddətində aybaşı-qanaxmalar kəsilir. Menopauzaya qədərki yuxarıda qeyd etdiyim əlamətlər hamıda eyni cür olmur. Elə qadın olur ki, təzahürlər 1 ay, elələri də ola bilər ki, 5 il çəkə bilər. Bu da klimaksın ağırlıq dərəcəsindən, gedişindən asılıdır. Qadının menopauzaya qədərki psixoloji durumu, stressləri də roloynayır. Post-menopauza, yəni klimaksdan sonrakı dövrdə isə ciddi metabolik dəyişikliklər ola bilər. Sümük yeyilmələri, osteoparoz ola bilər. Bu artıq daha ciddi problemdir.
Azərbaycan tibb alimlərindən biri öz mühazirələrində çox vaxt vurğulayır ki, bizim qidalar yavaş təsirli bombadır. Düzgün qida bizim sağlamlığımızda olduqca mühüm rola malikdir. Təəssüflər olsun ki, biz qida rasionumuzda ət Images: KLIMAKSSS.jpgп»їvə şirniyyat məhsullarından çox istifadə edirik. Azərbaycan mətbəzi çox zəngin olsa da biz bu mətbəxdən düzgün istifadə etmirik. Bitki-tərəvəz məhsullarına az yer veririk. Tərəvəzlərin tərkibində olan sellüloza bağırsaqlarımızın yaxşı işləməsinə kömək edir. Hətta sellüloza çatışmayanda sonradan qadında hormonal statusun çatışmazlığına gətirib çıxarır.Bağırsaqların mikroflorası bədənimizdə olan İmmunoqlobulin A sintezini tənzimləyir. İmmunoqlobulin A selikli qişa ilə asossasiya olunaraq immuniteti artırır. Selikli qişa süd vəzilərinin axacaqlarının tərkibi, uşaqlığın selikli qişası, bağırsaqlarda, yuxarı tənəffüs yollarında olur. Daha çox bağırsaqlarda olur selikli qişa. Ona görə də selikli qişaların normal fəaliyyəti üçün biz qidamıza fikir verməliyik.
Klimaks zamanı hansı məlhəmlərdən istifadə eləmək olar?
A) Yemişan bitkisindən 3 xörək qaşığı götürülür. 3 stəkan suda dəmlənir. Gün ərzində 3 dəfə yeməkdən yarım saat qabaq qəbul edilir. Adi qaynadılmış su ilə qatışdırılıb zəif odda 5 dəqiqə qaynadılır. Sonra süzülür və gün ərzində 3 dəfə qəbul edilir.

B) Valerian kökündən 1 xörək qaşığı götürülür. 200 qram qaynadılmış isti suda zəuf odda 5 dəqiqə qaynadılır və sonra yarım saat dəmlənir, süzülür. 1 xörək qaşığı gündə 3 dəfə qəbul edilir.
C) Qırmızı çuğundur birin-birə nisbətində balla qarışdırılır və 3/1 stəkanda gündə 2 dəfə qəbul edilir.
Klimakterik dövrdə qadınlarda orqanizmdə maddələr mübadiləsi dəyişilir, sinir sistemi dəyişilir. Belə dövrdə yenə bal köməyə gəlir.
D) 10 qabıqlı limon götürülür. 5 qabıqlı yumurta ilə ət çəkən maşından keçirilir. Bunlar 5-10 gün saxlanılır. Yumurtanın qabığını məhlul əridir. Əridəndən sonra 1 xörək qaşığı gündə 3 dəfə  qəbul edilir.
E) Şalfey bitkisini 1-2 xörək qaşığı 2 stəkan suya salınır və dəmlənir. Gün ərzində yeməkdən əvvəl qəbul edilir. Bu üsul həm klimaksa həm də sonsuzluğa xeyirdir. Xüsusi effekti var. Eyni zamanda qıcolmanın qarşısını alır. Qocalıq prosesi də zəifləyir. Bunu bir sıra burun-boğaz iltihabları zamanı da istifadə etmək olar. 
F) Çobanyastığı bitkisindən (ramaşka) bir xörək qaşığı, 1 xörək qaşığı dazıotu, bir xörək qaşığı boymadərən götürülür. Bunlar bir-birinə möhkəm qarışdırılır. Sonra ümumi qarışıqdan bir xörək qaşığı götürülür. Bu qarışıq 300 qram suda dəmlənir. Bu məlhəmdən gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.
G) Çox gözəl effekt verir andız kökü. Andız kökünü gülxətmi və damotu (pustırnik və ya şirquyruğu) ilə qarışdırıb məlhəm düzəldilir. Onlar bərabər miqdarda götürülür və 300 qram suda zəif odda 5 dəqiqə qaynadılır, süzülür. Gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Onu da vurğulayım ki, damotu sinir sistemini sakitləşdirən bitkidir. 
Klimakterik periodda qadınlar çoxlu miqdarda göyərti yeməlidirlər. Göyərtilərdə günəş enerjisi ilə qidalanan təbii vitaminlər var. Ət xörəyini göyərti ilə yedikdə o yaxşı həzmə gedir. Göyərtilər bağırsaqlarda munbit flora yaradır.
Bu dövrdə zəli müalicəsi də olduqca effektivdir. Zəli bədəndə xüsusi nöqtələrə qoyulur. Qadın hətta birinci prosedurdan sonra sakitləşir, özündə yaxşılaşmanı hiss edir.
Klimaksda arı sancması və arı məhsullarından istifadə də çox təsirli xüsusiyyətə malikdir. Bal, çiçək tozu, arı zəhəri çox gözəl sakitləşdirici effekt verir.
Meyvələri də çox qəbul etmək lazımdır. Orqanizmdəı yod çatışmazlığının profilaktikası da olduqca əhəmiyyətlidir. Bir sıra meyvələrdə yod var. Korolyok kimi tanınan meyvə yodla çox zəngindir. Feyxuanın da tərkibində yod çoxdur.
Klimaks dövründə gəzinti, fiziki hərəkət çox vacibdir. Gün ərzində bu yaşda olan qadınlar süd məhsullarından birini, o cümlədən qatıq, şor, kəsmik, pendir qəbul etməlidirlər. 
Ət yeməyənlər onun zülalını noxuddan, fındıqdan ala bilir. Ancaq süd turşu məhsulunu orqanizm özü istehsal edə bilmir. Lakin unutmaq olmaz ki, pendiri axşamdan suya qoymaq lazımdır ki, səhər onun duzu çıxsın.
Orqanizmə daxil olan kalsium, kalium, natrium və digər elementlər süd məhsullarında var. Süd məhsullarında həzm prosesini yaxşılaşdıran elementlər də var.
Yuxarıda qeyd etdiyim məlhəmlər və qidalar qadınlarda esterogen hormonunu stimulyasiya edir, normallaşdırır. Sümüyün kövrəkləşməsinin, yumşalmasının, saçın tökülməsinin qarşısını alır.
Həmin periodda heyvani yağlardan və ət xörəklərindən kənarlaşmaq lazımdır. Xolesterini təmizləmək lazımdır. Bu məqsədlə limon, yemişan bitkisindən, sarımsaqdan, zeytun yağından istifadə etmək olar.
Klimak əhval ruhiyyə xəstəliyidir. Əhval ruhiyyəni, sinir sitemini yaxşılaşdıran, qoruyan təbii vasitələrdən istifadə etmək lazımdır.
Hər yaşda sizə gözəl və təravətli olmağı arzulayıram

 

(səs: 4)
Şərhlər: 1
Baxılıb: 54 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri