Alimlərin yeni kəşfi - Xərçəng hüceyrələrini “əbədi yuxuya qərq edən” dərman

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 605
Səs ver:
(səs: 0)
Avstraliyalı alimlər xərçəng hüceyrələrinin digər sağlam hüceyrələrə qovuşaraq çoxalmasının qarşısını alan yeni dərman icad ediblər.

Qadinla.com istinadən xəbər verir ki, yeni dərman xərçəng hüceyrələrini "əbədi yuxuya qərq edir". Ancaq alimlər qeyd ediblər ki, yeni dərmanı heyvanlar üzərində artıq sınaqdan keçiriblər. İnsanlar üzərində təcrübə aparmaq üçün hələ tezdir.

"Nature" jurnalında yayımlanan bu təcrübə 10 il davam edib. Alimlərin fikrinə görə bu dərman ənənəvi xərçəng müalicəsinin səbəb olduğu yan təsirlərə malik deyil.

Dərman siçanlarda qan xərçəngi və qara ciyər xərçənginin inkişafını dayandırıb. Alimlər qeyd edirlər ki, ənənəvi xərçəng müalicəsi DNT-ni zədələyir. Eyni zamanda sağlam hüceyrələrə də ziyan vurur. Kimyəvi terapiyanın da əks təsirləri çoxdur. Yeni dərmanlar isə xərçəngin yayılmasını təmin edən spesifik proteinlərin istehsalını dayandırır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 605
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri