Gizli gedən xəstəliklərdən biri olan diabet yəni şəkər xəstəliyi günümüzün ən geniş yayılmış xəstəliklərindən biridir. Qadinla.com sizlər üçün şəkər xəstəliyinin əlamətlərini araşdırdı. Şəkər xəstəsi olduğunuzu göstərəcək işarələr.
2012-ci ildə edilən statistik göstərici işlərində diabet xəstəliyinin 1.5 milyon insanın ölümünün bilavasitə səbəbi kimi müşahidə olunmuşdur. Şəkər qandakı insulin qiymətlərinin qalxması və ya azalması ilə ortaya çıxır. Qandakı insulin artdıqca bəzi ağırlaşmalara da səbəb olur. Böyrək çatışmazlığı, görmə itkisi, ürək böhranı, iflic və ayaq amputasiya kimi hallar bu ağırlaşmalar arasında yer alır.
BƏS ŞƏKƏR XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ NƏLƏRDİR?
Səbəbsiz başlayan kilo itkisi,
Tez-tez sidiyə çıxmağa bağlı ortaya çıxan yuxu pozğunluğu,
Daim yemək yemə istəyi olmasına baxmayaraq yorğun hiss etmək,
Bədən istiliyində ani düşmə və yüksəlməyə bağlı ağzı quruluğu,
Birdən inkişaf edən görmə itkiləri,
Əl və ayaq barmaq uclarında tikan batma hissi,
Bədən hərəkətləri zamanı ağrı hiss etmə,
Ürək ritm pozğunluğu, panik atak və ürək döyüntüsü olmamasına baxmayaraq, ürəyin sürətli atması kimi əlamətlər diabet xəstəliyinin xəbərçisi ola bilər.