Sümükləri zəiflədən 7 faktor

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 454
Səs ver:
(səs: 0)
Sümük əriməsi kimi tanınan osteoporoz dünyada ən çox görülən metabolik sümük xəstəliyidir.

Osteoparoz sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir. Bu, xüsusilə qadınlarda klimaks dövründə daha çox rast gəlinir. Osteoparozun əsas fəsadı kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir.


Qadınla.Com bu yazıda oxucuları sümük sağlamlığına mənfi təsir göstərən amillərlə tanış edib.

Türkiyəli fizioterapevt Meral Bayramoğlu osteoparoz nəticəsində meydana gələn sınıqların şiddətli ağrılara səbəb ola, əlillik yarada, hətta bir adamın uzun müddət yataq xəstəsi ola biləcəyini deyib. Odur ki, osteoporozdan qorunmaq vacibdir. O, bildirib ki, həyat tərzini və yanlış qidalanma vərdişlərini dəyişdirməklə risk faktorlarına qarşı tədbir almaq olar.

Hərəkətsiz həyat tərzi

Fiziki müalicə və reabilitasiya mütəxəssisi Meral Bayramoğlu idmanın sümüklərə faydasından danışıb:

"Mütəmadi olaraq gəzintiyə çıxan, qaçışla və ya idmanla məşğul olanlarda osteoporozun inkişaf riski hərəkətsiz həyat sürənlərlə müqayisədə daha azdır. Odur ki, oturaq işdə çalışan insanlara hər gün yürüşə çıxmaq tövsiyə edilir. Bu, həm sümük, həm də ürək-damar sağlamlığı üçün faydalıdır.

Kalsium çatışmazlığı

Professor qeyd edib ki, uşaqlıq dövründə və böyümə çağında yetəri qədər qəbul edilən kalsium sümüklərdə saxlanır və bu, 30 yaşa qədər davam edir:

"30 yaşa qədər qidalardan yetəri qədər kalsiumun qəbul edilməsi osteoporozun qarşısını almaq baxımından çox mühümdür. Sümüklərin sağlam olması üçün hər bir insan gündəlik 1000 mq kalsium qəbul etməlidir. Bu miqdar uşaqlarda, hamilə qadınlarda və klimaksda sonra qadınlarda 1200-1500 mq qədər yüksələ bilər. Ən məşhur kalsium mənbəyi süd və süd məhsullarıdır. Yaşıl tərəvəzdə də kalsium var".

Protein çatışmazlığı

Gündəlik protein tələbi bədənin hər kq-ı üçün 0,8 qramdır. Ancaq pəhriz saxlayan insanların menyusundakı protein miqdarının sümük sağlamlığı üzərində təsiri bir qədər qarışıqdır. Protein çatışmazlığı sümüklərin sağlamlığını pozur, proteinin çox, kalsiumun az olması osteoporoza səbəb olur.

Protein, vitaminlər, minerallar, karbonhidrat ilə yağların balanslı şəkildə istifadə edilməsi isə sümükləri gücləndirir.

Siqaret asılılığı

Siqaret sümüklərdə mineralları azaldır və sınıqların bərpa olunması prosesini gecikdirir. Ancaq siqaretin sümüklər üzərindəki bu mənfi təsiri yanlış qidalanma ilə bağlı olduğu da deyilir.

Günəş vannası

Kalsiumun həzm sistemində əmilməsi üçün D vitamini lazımdır. Gündəlik ehtiyac 600-800 IU'dur. D vitamini yumurta və dəniz balığı kimi yeməklərdən əldə edilə bilər, lakin onun ən vacib mənbəyi günəş işığıdır. Günəş şüaları dəri vasitəsi ilə qəbul edilir, bədəndə qaraciyər və böyrəklərdə müxtəlif proseslərdən keçərək aktiv D vitaminə çevrilir.

Qəhvə miqdarını azaldın


Meral Bayramoğlu qeyd edib ki, gündə 300 mq-dan artıq kafein qəbul etmək sümüklərin möhkəmlənməsində rol alan hüceyrələrin fəaliyyətini azaldır:

"Kafein həzm sistemindən kalsium ifrazını azaldır və böyrəklərdən kalsiumun xaric olunmasını artırır. Bədəndə kalsium miqdarı düşən zaman sümüklər zəifləməyə başlayır. Odur ki, gündə 3 fincandan artıq qəhvə içməyin. Kafeinsiz qəhvəyə üstünlük verməkdə fayda var".

Duz

Həddindən artıq duz sidiklə atılan kalsiumun miqdarını artıraraq osteoporoza səbəb ola bilər. Sümüklərə zərər verməklə yanaşı, bir çox sağlamlıq probleminə yol açır. Dünya Sağlamlıq Təşkilatı bildirib ki, gündəlik duz istehlakının 5 qramı keçməməlidir.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 454
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Cox sukur sumuk problemim yoxdu.Kalsyum catismazligimda goxdur
24 yanvar 2019 17:31
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Love Angel
Hereketsiz heyat terzinin sümükleri zeifletdiyini bilirdim.
24 yanvar 2019 16:02
2
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
vipbetul
lazimli melumatdir
24 yanvar 2019 16:02
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri