Zob xəstəlikləri bunları yeməməlidir

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 485
Səs ver:
(səs: 0)
Zob xəstəliyi Azərbaycanda yayılmış xəstəliklərdən biridir.

Bunun səbəbi ölkəmizin bəzi bölgələrində yodun çatışmazlığıdır.

Qalxanabənzər vəz orqanizmdə çox vacib rol oynayır, bir çox proseslərə təsir edir. Vəzin normal fəaliyyəti üçün yod lazımdır. Yodun əskikliyi zamanı qalxanabənzər vəz böyüməyə başlayır. Böyümüş vəz xalq arasında "zob" adlanır. Elmdə bu pozulmanın adı "hipotireoz"dur.

Zob xəstəliyi zamanı həkim xəstəyə müəyyən dərmanları təyin edir. Dərmanlardan əlavə qidalanmada bəzi qaydalara əməl etmək lazımdır. Belə ki, hipotireoz xəstələri ödemlərə (şişkinlik) meylli olurlar ki, bu səbəbdən onlara çoxlu maye içmək olmaz (1,5 l qədər). Kran suyunun tərkibində olan xlor yodun mənimsənilməsini pozur. Bu səbəbdən krandan su içmək olmaz, içdikdən əvvəl suyu mütləq filtrdən keçirmək və qaynatmaq lazımdır.

Həmçinin zob xəstələri üçün bəzi qida məhsullarının qəbulu arzuolunmaz sayılır. Sizə bu məhsulların siyahısını təqdim edirik:

- Paxlalı bitkilər (noxud, mərci, lobya, soya).

Qadınla.Com bildirir ki, bu məhsulların tərkibində olan "izoflavon" maddələri qalxanabənzər vəzinin hormonlarının ifrazını azaldır.

- Kələmin bütün növləri, ağ və qırmızı turp.

Bu tərəvəzlərin tərkibində olan "izotiosianat" maddələri vəzin funksiyasını azaldır.

- Turşular, konservalar, hisə verilmiş məhsullar, yağlı kolbasa və sosis, mayonez.

- Marqarin

- Spirtli içkilər

Bu içkilərin orqanizm tərəfindən mənimsənilməsi zamanı çoxlu miqrdarda T3 və T4 (qalxanabənzər vəzinin hormonları) sərf olunur. Bu isə hipotireoz zamanı yolverilməzdir.

- Yağlı ət və içalat, yağlı bulyon, xaş. Zob xəstələrində damarlarda xolesterinin yığılması, damarların kirəcləşməsi riski çox böyükdür ki, bu vəziyytətdə xolestrinlə zəngin olan yağlı məhsulları yemək olmaz.

- Tort, pirojna və s. şirniyyatlar. Həm yağ, həm də şəkərlə zəngin olan bu məhsullar ateroskleroza meylli olan zob xəstələrində damarların tutulması problemini daha da artırır.

- Yalnız yodlaşdırılmış duzdan istifadə olunmalıdır. Duzun qəbulunu da normaya qədər azaltmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı bu normanı təyin edib - gün ərzində 1 ç.q. duz. Nəzərə almaq lazımdır ki, gizli duz istənilən hazır məhsulların, hətta şirniyyatların tərkibində var.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 485
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Cema_Axodova
Xalamda var gormuwem nece eziyyet cekir
1 fevral 2019 10:27
6
p.s
Offline
Ahu
Menim bacimda zob xesteliyinden eziyyet cekirdi. Emeliyyat olundu. Ancaq fesadlari qalib helede.
31 yanvar 2019 20:52
5
Offline
Nezrin6
Offf. Hec baxmiram,ne isteyirem yeyirem. Tsh normada saxlayiram dermanla. 1 gun 100, bir gun 150 doza ile icirem l-tiroksin dermanini. Duyunler var idi,ogluma sud verende eriyib getdi hamisi. Wukur duyun yoxdu uje. Amma dermani icmesem tsh qalxir. Caliwiramki her gun icim.
31 yanvar 2019 20:35
4
Offline
BARBI
Daha deyin ki hec ne yemeyek.Cox pis xestelikdir.Mende de duyunler var mualice aliram
31 yanvar 2019 18:29
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
faydali melumatdir
31 yanvar 2019 16:34
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love Angel
Mamamda da zob var. Pis xestelikdir. Ne yeyir zobu baslayir.
31 yanvar 2019 16:03
1
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri