Təzyiqin gözlənilməz səbəbi müəyyən edildi

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 1 952
Səs ver:
(səs: 0)
Alimlər qan təzyiqinin gözlənilməz səbəbini tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqata görə, orqanizmdə sink çatışmazlığı olan zaman qan təzyiqi yüksəlir.

Bu elementin çatışmazlığı böyrəklərin natriumu idarəetməsinə təsir göstərir. Böyrəklər ya onu reasorbsiya (təkrar qəbul etmək) edir, ya da orqanizmdən çıxarır.

Sink çatışmazlığı zamanı natriumun böyük bir hissəsi orqanizmə qayıdır və bu da təzyiqin yüksəlməsinə səbəb olur.

Yüksək təzyiqi olan insanların sidiyində natriumun aşağı olduğu müəyyən edilib.

Amerikanın Fiziologiya jurnalının məlumatına görə, bu proseslərin əlaqəsi yaxın zamanlarda müəyyən edilib. Alimlər laboratoriyada gəmiricilər üzərində təcrübə aparıblar. Sink çatışmazlığı yaşayan siçanlar təzyiqdən əziyyət çəkməyə başlayıb, nəzarət qrupu isə (onlarda sink normal olub) sağlam qalıb. Sink çatışmazlığına görə, təzyiq yaşayan siçanlara sink verilən zaman sağlamlıqları qaydasına düşməyə başlayıb.

Xatırladaq ki, sink daha çox dənli bitkilərdə, qırmızı ətdə, şokoladda, qarabaşaqda var.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 952
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri