Kişilərdə xərçəng simptomları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 052
Səs ver:
(səs: 0)
Səbəbsiz yorulmalar və bədəndə yaranan ağrı:

Adətən yorğunluq dərhal hər kəsdə var olan bir haldır. Ancaq kişilərdə səbəbsiz yorulmalar davamlı hala gəlməyə başladısa bu bir xərçəng əlaməti ola bilər. Davamlı hala gəlməyə başlayan səbəbsiz yorğunluq və ağrı şikayətiniz artıbsa mütləq bir həkimə müraciət etməyiniz lazımdır.

Tez-tez sidiyə çıxma:

Tez-tez sidiyə çıxma adətən 50 yaş üzəri kişilərdə görülür. Tez-tez sidiyə çıxmağa başlayır və sidiyin çox tünd konsistensiya gəlməyə başladısa mütləq bir prostat müayinəsi edilməlidir. Bu əlamətlər var olmasa da hər kişinin müəyyən fasilələrlə prostat müayinəsini etdirməsi lazımdır. Prostat xərçəngi də digər xərçəng növləri kimi erkən diaqnoz edildikdə müalicə edilən bir xərçəng növüdür.

Sürətli kilo vermə:

Səbəbi bilinməyən kilo itkisi tiroit narahatlıqlarından başqa, xərçəng əlaməti ola bilər. Qarşısı alınmayan və sürətli bir şəkildə verilən kilo mütləq bir həkimə gedərək səbəbinin araşdırılması lazımdır.

Dəridə yaranan fərqlər:

Ən çox görülən xərçəng növləri arasında dəri xərçəngi yer alır. Dəridə çox miqdarda əmələ gələn ləkələr, ya da var olan ləkələrin böyüməsi dəri xərçənginin ən mühüm əlamətləri arasındadır.

Hərarət

Orqanizmdə daim meydana gələn hərarət ciddi bir iltihab əlaməti ola bilər. Çox diqqətə alınmayan atəş kişilərdə xərçəng əlaməti arasında yer alır.

Udma çətinliyi:

Hər hansı bir sağlamlıq problemi yoxsa amma udma problemi yaşayırsınızsa və ya bu vəziyyətə qusma və kilo itkisi də müşayiət edirsə boğaz xərçəngi olma ehtimalınız ola bilər. Həkimə görünməyi laqeydlik etməyin.

Məmədə kütlə və dəyişiklik:

Məmə xərçəngi təkcə qadınlarda görülən bir xərçəng növü deyil. Bunun əksinə az da olsa kişilərdə də məmə xərçəngi görülə bilər. Məmədə hər hansı bir dəyişiklik və ya kütlə fərq etsəniz mütləq bir həkim müayinəsindən keçməyiniz lazımdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 052
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri