Diqqət! Yaddaş pozulması xərçəngin simptomu ola bilər

Şərhlər: 5
Baxılıb: 2 302
Səs ver:
(səs: 0)
London Kral Universitetinin alimləri beyin xərçəngi olan xəstələr arasında xəstəliyinin əlamətlərini aşkara çıxarmaq üçün sorğu aparıblar.

Sorğu nəticəsində beyin xərçəngi yaşayan xəstələrdə əsasən yaddaş pozulması və müvazinətin itirilməsi halları müşahidə edilib.

Xəstəliyin ən bariz əlamətlərindən biri də dələngavazlıqdır. Bu barədə 61-70 yaş qrupuna daxil olan xəstələrdən biri deyib: "Mən hər dəfə mətbəxdə qab yuyarkən yavaş-yavaş aşağıya doğru əyilirdim. Amma bu əlamətin hər hansı bir ağır xəstəliyin əlaməti olmasından və buna görə də həkimə müraciət etməli olduğumdan bixəbər idim".

31-40 yaş qrupuna daxil olan xəstələrdən biri söhbət edərkən qısa müddətə dili tutulduğunu və hərəkət etdə bilmədiyini deyib. Bu əlaməti əhəmiyyətsiz hesab edərək həkimə müraciət etməyi belə düşünməyib. Bütün xəstələr həkimə yalnız insult və demensiya şübhəsi ilə müraciət ediblər.

Sorğuda iştirak edən bir çox xəstə isə görmə şikayəti ilə və ya yaxınlarının təkidi ilə həkimə müayinə olunublar. Buna görə də həkimlər bu cür şikayətlərlə qarşılaşan insanların vaxtında həkimə müraciət etmələrini məsləhət görürlər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri