Oturaq həyat rejimimiz...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 182
Səs ver:
(səs: 0)
Qudpasçer sindromu böyrəklərin və ağciyərlərin proqressivləşən avtoimmun xəstəliyi olub böyrək yumaqcıqlarını, kapillyar və ağciyər alveollarını zədələyən bir xəstəlikdir. Kliniki simptomlarında tez proqressivləşən qlomerulonefrit, hemorogik pulmonit və ağciyər qanaxması mümkündür. Bu xəstəliyin aşkarlanma dövrü və inkişafı çox qısa vaxtda gedir. Xəstəlik çox gənc yaşlarda ortaya çıxır, ağır fəsadları olur, əksər hallarda kişilər bu xəstəlikdən əziyyət çəkir. Qadınlarda da əlamətlər oxşar, ağırlıq dərəcəsi eyni səviyyədədir. Xəstəlik yetərincə ciddi olmasına baxmayaraq, onun etiologiyası tibdə hələ tam öyrənilməyib. Xəstəliyin insan orqanizmində ocağının olması və fiziki və kimyəvi faktorların təsirindən inkişaf etməsi mümkündür. İrsi faktor da burada rol oynayır. Belə xəstələrdə kliniki mənzərə kimi ciddi təngnəfəslik, qanhayxırmalar, qırıq-qırıq, tez-tez olan öskürək, bəlğəmdə qan izlərinin olması, ağciyər qanaxmaları, qısa müddət ərzində çəki itirilməsi qeydə alınır. Bütün bu şikayətlər hərarət fonunda müşahidə olunur.

Qadinla.com bildirir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nefroloqu Aynur Əzizova məlumat verib.

"Sindrom böyrəklərdə çox ciddi zədələrə gətirib çıxarır. Nəticədə geri dönüşü olmayan patologiyalar meydana gələ bilər. Böyrəklərdə fəsad zamanı Oliqoanuriya , hematuriya bəzi hallarda makrohematuriya , yüksək arterial təzyiq, çox sürətli inkişaf edən böyrək çatışmazlığı müşahidə edilə bilər. Xəstədə daimi, davam edən hərarət qeydə alınır. Xəstəliyin zamanında aşkarlanması, simptomatik müalicə fonunda hormonal müalicə, vitaminoterapiya və plazmafarez seanslarının bərabər icrası zamanı müsbət dinamika müşahidə oluna bilər. Ancaq böyrəyə verdiyi fəsadlaşma çox ciddi olduğundan bəzən onu qorumaq mümkün olmur. Bəzi xəstələrdə böyrək öz funksiyasını tamamilə itirir. Son mərhələdə böyrək çatışmazlığı qeydə alınır. Sağalma dərəcəsi xəstənin yaşından və xəstəliyin gedişatından asılı olaraq dəyişir", - deyə mütəxəssis diqqətə çatdırıb.

Həkim-nefroloq bildirib ki, hər kəs xəstəliklərə ciddi yanaşmalıdır. Heç kim məndə bu xəstəlik ola bilməz deməməlidir: "Oturaq həyat rejimimiz, gündəlik su tələbatımızı normal qəbul etməməyimiz, düzgün qida rejiminin olmaması hər birimiz üçün təhlükə mənbəyidir. Bu səbəbdən də altı aydan bir "check-up" müayinələrdən keçmək tövsiyə olunur. Səbəbsiz istifadə olunan antibiotiklər, ağrıkəsicilər də böyrək funksiyalarına ciddi zərər vurur. Zamanında böyrəklərimizin qayğısına qalaq ki, sonradan peşman olmayaq".

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 182
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Oturaq həyati keçirmirəm.Axsama kimi ayaqüstəyəm.şükür böyrəklərlə bağlı problemim yoxdu.Təşəkkür
22 avqust 2019 18:39
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri