Tez-tez sidiyə getmək - Səbəblər, diaqnoz, müalicə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 5 370
Səs ver:
(səs: 0)
Son zamanlar istər qadın, istərsə də kişilər arasında tez-tez sidiyə getmə, xüsusən gecələr 1-2 dəfə tualetə getmək kimi simptomlar çox eşidilir.

Bu vəziyyət insanın yuxu və həyat keyfiyyətini aşağı salır, onu daim narahat vəziyyətdə saxlayır.

Qadinla.com bildirir ki, medicina.az sidiyə normadan artıq sayda getməyin hansı xəstəliklərdən xəbər verdiyini araşdırıb.

Poliuriya nədir?

Normal halda insan sutkada 5-6 dəfə sidiyə gedir, bu daha çox səhər və gündüz saatlarında baş verməlidir.

Əgər sutkalıq sidik ifrazı 2 litri keçirsə, tibbdə buna poliuriya deyilir.

Poliuriya asanlıqla aradan qaldırılır, amma korreksiya ilə aradan qalxmırsa, deməli, ciddi xəstəlik səbəbi var.

Adətən gündəlik maye qəbulunu azaltmaqla sidik ifrazını qaydaya salmaq olar. Çünki çay, bitki çayları, arıqladıcı çaylar, qəhvə sidik ifrazını artırır.

Əgər bu halda da vəziyyət düzəlmirsə, o zaman aşağıdakı xəstəliklərdən şübhələnmək olar.

-Diabet - hətta preddiabet mərhələsində belə xəstə tez-tez az-az sidiyə gedir.
-Yüksək təzyiq
-Böyrək patologiyaları
-Sidik kisəsi və axarı problemi
-Kişilərdə prostat vəzi iltihabı
-Qadınlarda ginekoloji problemlər
-Sidik kisəsi iltihabı - Sistit
-Kiçik çanaq orqanlarının onkologiyası
-Cinsi infeksiyalar
-QİÇS
-Hepatit

Bəzi dərman preparatları da sidik sistemini pozur. Eləcə də nevroz, əsəb və sinir problemləri də beyinə sidik ifrazı siqnallarını daha çox ötürür.

Əgər gecə sidiyə getmələrinə sidik ifrazı zamanı ağrı, yanğı, sidikdə qan, rəng dəyişmə, sidik ifrazı prosesində çətinlik, cinsiyyət orqanlarından axıntı, həratətin yüksəlməsi, titrəmə, susuzluq, ürəkbulanma, qasıqda, beldə ağrılar kimi əlamətlər də qoşulursa, deməli, ciddi problem var və təcili müayinələrə getmək lazımdır?

Diaqnoz:

İlk növbədə terapevtə yaxınlaşıb, probleminizi, əlamətləri deyirsiz. Həkim sidik analizi, sutkalıq miqdarı testi, qanda şəkər analizi, qarın boşluğu, sidik kisəsi və s. USM, qan analizi, laızm gələrsə MRT müayinə təyin edə bilər. Analizlərin cavabına əsasən terapevt sizi endokrinoloq, uroloq, nevroloqa yönəldə bilər.

Müalicə

Əgər səbəb diabetdirsə, siz endokrinoloq və uroloq nəzarətində olub, bir şəkər xəstəsi kimi müalicələrə başlayırsız.
Əgər sidik yollarında, böyrəklərdə iltihab, patologiya varsa sizə uroloq müalicə təyin edəcək.

İnfeksiya, cinsi yolla keçən infeksiyalar aşkar olunubsa, infeksionist antibiotik və virus əleyhinə terapiya təyin edəcək.
Ginekoloji şişlər, düyünlər, hər hansı orqanda sallanma varsa, cərrahi müdaxilə lazımdır.

Xüsusən qadınlara sidik kisəsi sallanmasında Keqel idman hərəkətləri tövsiyyə olunur.

Profilaktika

İlk növbədə aktiv həyat, hərəkətlilik, maye qəbulunda normalar, nə içdiyinizə fikir vermək tələb olunur.
Eləcə də duzun miqdarını azaltmaq lazımdır.

Bəzi qidalar, bitkilər, ədviyyatlar sidikqovucu xassəyə malikdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 370
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri