Süd vəzisində ağrılar

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3469
Paylaş:
Səs ver:
(səs: 0)

Süd vəzisində ağrılar
Döş ağrısı (mastalgiya) dedikdə süd vəzisində ağrı da daxil olmaqla istənilən diskomfort nəzərdə tutulur. Süd vəzisində olan ağrılar iki qrupa bölünür. Birinci qrupa aybaşı tsikli ilə bağlı olan döş ağrıları aid edilir. Adətən aybaşı tsiklinin ikinci hissəsində döşdə gərginlik və ağrı əmələ gəlir və tsiklin başlanğıcına yaxınlaşdıqca artır. İkinci qrup döş ağrılarının aybaşı

tsikli ilə əlaqəsi yoxdur.
Aybaşı tsikli ilə bağlı olan ağrılar adi hal hesab edilir
Aybaşı tsikli ilə bağlı olamayan ağrılar adətən qadınlarda 40 yaşından sonra meydana çıxır və davamlı xarakter daşıyır. Bəzi hallarda ağrılarda fasilələr ola bilir. Ağrılar bir və ya hər iki döşdə qeyd edilə bilər. Ağrıların səbəbləri aşağıdakılar ola bilər:
- Döş toxumasının özündən qaynaqlanan ağrılar. Heç bir törəmə və zədələnmənin olmadığı döşdə bu ağrıların səbəbi tam bəlli deyil.
- Süd vəzinin altında olan əzələ və ya sümük zədələnməsi.
- İnfeksiya
- Süd vəzinin xərçəngi
- Süd vəzinin xoş xassəli şişləri
Aybaşı tsikli ilə bağlı olan ağrılar kəskin olarsa həkimizdən tövsiyyələr ala bilərsiniz. Belə tövsiyyələrdən bəzilərini aşağıda qeyd edirik:
- Süd vəzilərinə dayağın artırılması. Bunun üçün süd vəzilərini yaxşıca sıxa biləcək liftçik geyinmək tövsiyyə olunur. Bəzi qadınlar hesab edirlər ki, aybaşından bir həftə öncə 24 saat ərzində kip liftçiyin geyinilməsi ağrıların səngiməsinə kömək edir.
- Ağrı kəsicilərin istifadəsi.
Aybaşı tsikli ilə bağlı olmayan ağrılar zamanı təxirəsalınmadan həkimə müraciət etməlisiniz. Çünki bu ağrıların əsasında çox ciddi səbəblər dura bilər. Həkiminiz bu səbəbləri müəyyən edəndən sonra uyğun müalicə taktikası müəyyən edəcəkdir
Qadınlar saglamlığınıza biganə yanaşmayın
Redakte etdi: PRETTY GIRL

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 3469
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv