Qulaq cingildəməsi: dəhşətli xəstəliklərin carçısı... – Simptomları və müalicəsi

Şərhlər: 3
Baxılıb: 2 415
Səs ver:
(səs: 0)
Qulağımız cingildəyən kimi "kimsə məndən danışır”  deyirik. Lakin bu o qədər də bəsit deyil. Bəs qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?

Qulaq cingiltisinin əsan səbəblərindən biri də məhz qulaq kiridir. Həkimlər qulaq cingiltisini duyduğunuz anda ən az yarım saat klassik musiqi dinləməyi tövsiyə edir.  Bu zaman öz qulaq cingiltinizi eşitməyəcəksiniz. 

Cingildəmənin altında yatan təhlükələr.

Anevrizm:
Damarlarda yaranan genişlənməylə əlaqəli olaraq bilinən anevrizm xüsusən baş beyin bölgəsindədirsə, qulaq cingiltisinə yol açır.

Şişlər
Eşitmə siniri qulaqdan qəbul edilən səsi beyinə ötürən sinirdir. Eşitmə sinirindən qaynaqlanan şiş əsasən təktərəfli cingiltiyə yol açır. Sürətli hal alan, keçməyən və anidən ortaya çıxmış təktərəfli cingildəmənin üstündə durmaq lazımdır. Bu, həm də eşitmə itkisi və baş gicəllənməylə bir arada yaşana bilər.

Metabolik xəstəliklər
İnsanda şəkər xəstəliyi varsa, təzyiqində ani enmə-qalxmalar görülürsə, xolesterol yüksəkliyi, tiroid xəstəliyi varsa, müalicə edilməli olan bu xəstəliklər qulaq cingildəməsinə yol açır.

Qulaq infeksiyası
Hər cür qulaq infeksiyası, xarici qulaq, daxili qulaq infeksiyası qulaq cingildəməsinə yol açır. Hətta adi qulaq kiri belə qulaq cingildəməsinə yol aça bilər.

Qulaq pərdəsində yırtıq
Qulaq pərdəsində infeksiya, ya da yüksək səs ucbatından yırtılma baş verə bilər. Qulaq pərdəsində yırtılma cingiltiyə yol açır.

Orta qulaqda maye toplanması
Bunlar yuxarı tənəffüs yolu infeksiyaları, təyyarə ilə səyahət, üzdükdən sonra, ya da kiçik uşaqlarda burundakı artıq ətlə bağlı səbəblərdən yarana bilər.

Orta qulaqdakı maye infeksiyaya çevrilə bilər, ya da infeksiya nəticəsində maye toplanır.

Dərmanlar da səbəb ola bilər
İnsanlar bir yeri ağrıdığında tez dərmanlara əl atırlar. Ancaq bu, yanlışdır. Asprin, revmatizm dərmanları, antibiotiklər, sakitləşdirici dərmanlar, psixiotrik dərmanlar qulaq cingildəməsinə yol açır.

Allergik rinit
Burunda tıxanıqlıq, axıntı qulaqda tıxanıqlığa səbəb olur. Bu da qulaq cingildəməsinə yol açır.

Səbəbsiz cingildəmə
Səbəbsiz cingildəmə halında yüksək səsdən qorunmaq, LOR həkimi ilə məsləhətləşmək, duzu azaltmaq, siqaret, qəhvə, spirtli içkidən uzaq durmaq, gündəlik hərəkətlərlə qulağa gedən qan axınını artırmaq, dincəlmək, stressdən uzaq durmaq, çox yorulmamaq və bu cingilti səsindən narahat olmamaq lazımdır.

Qulaq cingildəməsi xüsusilə yaşlı insanlarda daha çox müşahidə edilir. 

Qulaq cingildəməsi, qulaq uğultusu və qulaq vızıltısına tibb dilində "tinnitus” deyilir. Qulaq cingildəməsinin çox müxtəlif səbəbləri var. Bunlar arasında qulaq çirki, daxili qulaq iltihabı, orta qulaq iltihabı, Meniere xəstəliyi, qızdırmalı xəstəliklər, yorğunluq, zəiflik, bəzi dərmanlar, yüksək və ya aşağı təzyiq ola bilər.

Qulaq cingildəməsi müxtəlif xəstəliklərdən qaynaqlana bilər. Xarici qulaq xəstəlikləri, orta qulaq xəstəlikləri, orta qulaq iltihabları, qığırdaq pozulması kimi səbəblərlə ortaya çıxa bilər. Səbəblər arasında ən çox görünəni isə daxili qulaqdakı tüklü hüceyrələrin degenerasiya olmasına görə ortaya çıxan qulaq cingildəmələridir. Buna sübjektiftir səbəb deyilir. Yəni xəstə tərəfindən eşidilir, sadəcə, başqası tərəfindən eşidilmir. Bir də obyektiv qulaq cingildəməsi var. Bunu isə başqası da qulaqları ilə eşidə bilər.

Qulaq cingildəməsinin qarşısı necə alınır?
Qrip nfeksiyadan sonra da belə qulaq cingildəməsi ola bilir və bir neçə gün içərisində keçir. Amma qulaq cingildəməsi ilə əlaqədar müəyyən tədbirlər görülməlidir. Daxili qulaqdakı həssas tüklü hüceyrələrin pozulmaması üçün yüksək səsli musiqi dinləməmək, gurultulu yerlərdə olmamaq, çay-qəhvə və yağlı yeməklərin qəbulunu azaltmaq lazımdır. Qısacası, sağlam qidalanmaq, sağlam yaşamaq lazımdır.

Hər 5 adamdan 1-i bu xəstəliklə yaşayır
50 yaşından sonra qulaq cingildəməsi artır. Amma bu, gənclərdə olmur mənasına da gəlmir. Gənclərdə də bu xəstəlik görülə bilər. Dünyada aparılan araşdırmalara görə, 10-25 faiz qulaq cingildəməsi narahatlığını yaşaya bilir.

Qulaq çirki eşitmə zəifliyinə səbəb olur
Qulaqq çirki qulaqda olması lazım olan, xarici qulaq yolundakı dərinin dəyişməsi nəticəsində yığılan ölü dəridir. Narahat olmağa çox əsas yoxdur, çünki qulaq özü-özünü təmizləyər. Təmizləyə bilmədiyi təqdirdə ölü dəri parçaları xarici qulaq yollarına yığılır. Tük diblərindən çıxan maye ilə birləşdikdə tünd qəhvəyi, qəhvəyi və ya qaraya yaxın "tıxac” yaradır. Qulaq çirki eşitmə zəifliyi də yarada bilər.

Müalicəsi varmı?
Qulaq cingildəməsinə görə müalicə tətbiq olunur. Xarici qulaq yolundakı çirkə, iltihabadan yaranan qulaq cingildəməsi varsa onlar aradan qaldırılır. Orta qulaqdakı iltihablara və xəstəliklərə bağlıdırsa, onları aradan qaldırmaq lazımdır. Daxili qulaqdakı keçməyən qulaq cingildəməsi insanları narahat edən, yuxularına haram qatan, hətta sosial və iş həyatını pozan cingildəmədirsə, bunun müalicəsi əvvəllər yalnız dərmanlarla aparılırdı. Həkimlər də xəstələrinə "bu cingildəməsi ilə yaşamağı öyrənəcəksən” deyərdi. Son 1-1,5 ildir lazer müalicəsi tətbiq olunur. Qulaq cingildəməsi ilə əlaqədar müalicələrin 70 faizi uğurla nəticələnir. Lazer müalicəsi dünyada 45-46 ölkədə tətbiq olunur.
Qulaq cingildəməsinin beyin xəstəlikləriylə də əlaqəsi var. Amma ümumi desək, xəstəliyin səbəbini tapıb ona görə müalicə tətbiq etmək lazımdır. Lakin qulaq cingildəməsi böyük nisbətlə daxili qulağa aid olur. Bunlarda da müalicə zamanı tibbi müdaxilə və lazer müalicəsilə 70 faizə çatan müvəffəqiyyət əldə olunur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 415
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri