Bədəninizdəki təhlükəli xallar – Hansılar xərçəngə çevrilə bilər?

Şərhlər: 1
Baxılıb: 2 384
Səs ver:
(səs: 0)
Melanoma hazırda dünyada geniş yayılmış, müalicəsi mümkün olmayan və əlamətləri də kəskin bilinməyən dəri xərçəngidir. 90% hallarda xəstəni öldürür. 

Yay gəldikcə ultrabənövşəyi şüalar aktivləşir, insanın bədəninin çox hissəsi açıqda qalır, xallara günəş işığı düşür, insanlar müxtəlif isti ölkələrə gedərək gün altında qaralır. 

Amma çox insan bilmir ki, özü ilə hər an partlayan bomba gəzdirir. Bu onun xallarıdır. Hər bir insan xallarının xarakteristikasını bilməlidir.

Rusiyalı həkim onkoloq, radioloq  P. A. Qerçenin hansı xalların təhlükəli olması və melanomaya çevrilməsi, eləcə də xalların qorunması və ya onlardan xilas olmaq yolları barədə fikirlərini təqdim edirik.

Melanomanın yaş həddi yoxdur. Uşaqdan tutmuş 70 yaşlı qocaya kimi hamı tutula bilər. 100 min nəfərə 7-8 nəfər düşür. Dünyada melanoma yayılmış ölkə Avstraliyadır. Bu oranın iqlimi ilə bağlıdır. 100 min insana 33 nəfər.

Günvurma və gündə yanma xəstəliyi oyadır
İstənilən gündən yanma dərini zədələyir. Dəri gün şüalarından çox zədələnəndə melanositlər adlı hüceyrələrində təhlükəli mutasiyalar proqramı işə düşür və yad hüceyrələr yaranır. İllər sonra bu hüceyrələr melanoma yaradır. 

Xüsusən 5 yaşa kimi uşaqların gündə yanması çox təhlükəlidir. Uşaqları çimərliyə, hovuz kənarına aparmayın. Eləcə də bədənində çoxsaylı piqmentasiyalı xalları olanlar, iri ət xalları olanlar, xal törəməsi olanlar gündə yanmamalı, gün altında qaralmamalıdır.

Dərinin pasportu
Melanomanı yaradan digər səbəblər də var. 

-Ailədə, nəsildə bu xəstəlik olubsa

-Genetik mutasiyalar

-Zədələnməyə məruz qalan xallar – elə yerdədir ki, sürtülür, toxunur, ilişir

Bu qruplara aid bütün şəxslər uşaq yaşlarından onkoloq yanında müşahidədə olmalı, tez-tez müayinə edilməlidirlər ki, xallar melanomaya çevrilməsin.

Artıq 10 ildir ki, dünyada iri mərkəz və xəstəxanalarda xüsusi texnologiya tətbiq olunur. "Dərinin pasportu” adlanan  metodda pasoyentin bütün xalları iri planda fotoşəkli çəkilir, bir arxivə yığılır və hər 6 aydan bir onların dəyişməsi izlənilir: rəngi, ölçüsü, sayı və s. Əgər həkim hansısa xaldan şübhələnsə dermatoskopiya apararaq, xalı incələyir və lazım gələrsə onu götürür.

Xallar harda oldu yandırıla, götürülə bilməz
Xalları yalnız onkoloq götürə bilər. Əgər xal digər yerlərdə, gözəllik salonu, kosmetoloq və ya dermatoloq vasitəsilə götürülərsə, ciddi səhvə yol verilsə, melanoma sürətlə böyüyüb, metastaz verə bilər.

İstənilən xalı kəsəndən sonra onu histoloji analizə göndərməlidirlər. Əgər histologiya nəticəni təmiz göstərsə çox yaxşı, yox xal şiş hüceyrəli olsa, müalicə lazım olacaq.

Melanomaya doğru gedən xalın əlamətləri:
-Xalın ölçüsünün böyüməsi, yayılması

-Formasının dəyişməsi

-Rənginin dəyişməsi: tündləşmə, qaralma, qırmızı, göyümtül rəng

-Yeni xalların yaranması

-Xalın qaşınması, qanaması

Əgər xalınızla bağlı, şübhəli məqam varsa, dərhal onkoloqa müraciət edin.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 384
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri