Kəllədaxili təzyiq nədir? – Qəfil ölümə səbəb olan patologiyanın əlamətləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 378
Səs ver:
(səs: 0)
Kəllədaxili təzyiq deyəndə çoxu elə başa düşür ki, bu yalnız körpələrdə,uşaqlarda olur, doğuluşdan kəllədə baş verən sıxılma, damar patologiyası kimi başa düşür. İndi müasir pediatriyada da körpələrdə kəllədaxili təzyiq diaqnozunu qəbul etmir və başqa patologiya diaqnozu qoyurlar.

Kəllə daxili təzyiq (KDT) - dünyada yüz minlərlə insanın, yəni böyük yaşlı qadın və kişilərin əziyyət çəkdiyi çox təhlükəli bir vəziyyətdir.
Kəllə daxili təzyiq - onurğa beyin mayesinin kəllə qutusuna axını, dövrünün pozulmasıdır.
Kəllə qutusunda çox sayda sinir hüceyrələri ilə yanaşı beyinin 10% ni tutan onurğabeyin mayesi də olur. Bu maye likvor adlanır. Likvorun bir hissəsi beynin yumşaq sahəsi və hörümcəkvari qatında dövr edir.

Qadinla.com bildirir ki, likvorun funksiyası beyin toxumasını kəllə travması zamanı qorumaq, maye-elektrolit balansını sabitləşdirmək və beyinin ixrac etdiyi toksin və maddələri kənarlaşdırmaqdır.

Beyində bu mayenin miqdarı normada olmalıdır. Likvor 1 həftə ərzində tam yenilənir. Əgər likvor miqdarı çox olarsa kəllədaxilində basqı, təzyiq artır.
Normada orta yaşlı insan üçün kəllədaxili təzyiq 3-15 mm rtut olmalıdır. Uşaqlarda bu rəqəm bir az aşağı olmalıdır.
Normanı bir neçə sütun aşdıqda, bu artıq kəllədaxili təzyiq deməkdir.

Kəllədaxili təzyiq 300 mm/rt. aşdıqda baş beyin toxumaları geridönməz formada zədələnir və xəstə ölə də bilir.
Ona görə hər bir insan kəllədaxili təzyiq adlı pozulmanın olmasını, öz kəlləsində təzyiqin normasını bilməli, lazım gəldikdə onu yoxlatmalı, əlamətlərə diqqət yetirməli. KDT-ni çox vaxt yüksək təzyiq, miqren, baş ağrısı ilə səhv salırlar


Fərqləndirmək üçün əlamətlər:

-Davamlı baş ağrıları
-Görmədə pozulma,dumanlı ğörmə
-Baş hərlənməsi
-Dağınıqlıq
-Yaddaş pozulması
-Yuxululuq
-Təzyiqin oynaması
-Ürəkbulanma, qusma
-Yorğunluq, halsızlıq
-Tərləmə
-Titrəmə
-Tənəffüs pozulması
-Kürəkdə və sinədə ağrı
-Depressiya, əsəb
-Əzələlərin iflici

Əgər siz də tez -tez və ya ara-sıra bu simptomların bir neçəsi təkrarlanırsa, siz təzyiq, baş ağrısı, ürək ağrısı deyib keçməyin, kəllədaxili təzyiqdən də şübhələnin. Çünki simptomlar o qədər oxşardır ki, həkimləri belə çaşdıra bilər.
Adətən KDT zamanı ağrı bütün başı lokalizasiya edir, miqrendəki kimi birtərəfli olmur. Səhər və axşamlar olur. Başı sağa-sola çevirəndə, öskürəndə, asqıranda, qışqıranda daha da kəskinləşir. Ağrıkəsici atanda təsir etmir.
Bu xəstələrdə gözlərlə bağlı problemlər çox olur, göz həkimi isə səbəbi tapa bilmir. Bəzən göz alması formasını dəyişir, üzərində şişkinlik, altında göyərmələr görünür.

Kəllədaxili təzyiq qısa müddətli və ya uzun müddətli qalxa bilər. Stress, həyəcan zamanı da artır.

Hansı həkimə getməli

Bu problem üçün nevroloq, neyrocərraha müraciət olunur. KTD evdə və ya hər hansı aparatla ölçülmür. Bunun üçün xüsusi çətin avadanlıq və həkim lazımdır.Əslində kəllədaxili təzyiqi aşkarlamaq üçün likvordan punksiya ilə maye götürmək lazımdır. Bu isə çox təhlükəli və çətindir. Eləcə də onurğa veyindən likvor çəkilə bilər. Bu metod o halda tətbiq olunur ki, xəstə letal sonluğa gedə bilər və ya infeksion səbəb var.

Qalan hallarda diaqnostika üçün başın:

-Ultrasəs müayinəsi
-Dopller
-MRT və KT-si olunur

Vacib müayinə instrumenti ensefaloqrafoyadır. Bu müayinə beynin müxtəlif sahələrində aktivliyi təyin edir.
Eləcə də oftalmoloq göz dibinə baxmalıdır. Orda da təzyiq yüksəlmiş olur.

Kimlərdə kəllədaxili təzyiq yüksəlir:

-baş beyin travması alanlar, qəzalarda
-Piylənmə, diabet
-Yüksək təzyiqi olanlar
-Hipertireoz
-Böyrəküstü vəzilərin funksiyası pozulanlar
-Ostexondroz
-Abses, kistlər
-qurdlar
-Qan damar pozğunluğu olanlar

Müalicəsi

Dərman, fizioterapiya və əməliyyat yolu ilədir. Ağır hallarda əməliyyatla şuntlama aparılır, xüsusi borucuq qoyularaq, artıq onurğa mayesi beyin mədəciklərindən çəkilir.

Bu xəstələr sidikqovucu qəbul etməli, eləcə də az maye qəbul etməlidirlər. Günə 1,5 litrdən artıq maye olmaz. Kaliy və maqniylə zəngin qidalar yeməli, duzu azaltmalıdırlar.

Üzgüçülük, idman, boyun hərəkətləri, masaj yaxşı təsir edir.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 378
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Kelle daxili tezyiq cox tehlukelidir.Her kes ehtiyatli olmalidir
22 noyabr 2019 09:09
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri