Plazmaferez – qanın təmizlənməsi

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 1586
Səs ver:
(səs: 1)
Son illər dünya təbabətində bir sıra xəstəliklərin və potoloji halların müalicəsində qanın ekstrakorporal detoksikasiya metodlarından geniş istifadə olunur. Qanın ekstrakorporal təmizləmə ("qan yuma", "qan dəyişmə") metodlarından ən geniş istifadə olunan plazmaferezdir.

Çox funksional mühit olan qan qanın formalı elementlərindən (eritrosit, trombosit, leykosit) və qanın duru hissəsi olan plazmadan (qan zərdabından) ibarətdir. "Plazmaferez" termini (yunanca "plazma"-zərdab, "aferezis"-ayırma) qanın duru hissəsi olan qan zərdabının hissəvi ayrılmasını bildirən prosesdir.

Qədim zamanlardan həkimlər bir çox xəstəliklərin müalicəsində qan almadan istifadə edirdilər. Müasir klinik praktikada bu məqsədlə plazmaferezdən istifadə olunur.

Plazmaferezin müalicəvi təsirləri
Plazmaferezin müalicəvi təsiri çox cəhətlidir. Birinci növbədə qan dövranından xəstəliyi saxlayan və ağırlaşdıran pataloji maddələri birbaşa ayırmaqla plazmaferez detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır, uzun müddət detoksikasiya orqanlarında möhkəmlik ehtiyatı yaradır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır.

"Efferent terapiya" şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru B.Ə.Hüseynov xüsusi olaraq qeyd etdi ki, Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdirıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödemi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır.

Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektliyini artırır.

Plazmaferz nəinki qanı həmçinin hüceyrə və toxumalarıda patoloji maddələrdən təmizləyir. Nəzərə alsaq ki, zərərli maddələrin əsas hissəsi damar xarici mühitdədir (hüceyrə və toxuma daxili) onda demək olar ki, plazmaferez orqanizmin bütün daxili mühitini (orqan, sistem və toxumaları) patoloji maddələrdən təmizləyir.

Plazmaferezin növləri
Orqanizmi təmizləmə metodları arasında effektivlik, keyfiyyət və təhlükəsizlik baxımından effektiv metodlardan biri də plazmaferezdir.

Mərkəzimizdə müalicəvi plazmaferez əsasən 2 üsulla aparılır - membran və sentrifuqalı plazmaferez. Hər 2 üsulun mahiyyəti eynidir - qandan qanın duru hissəsi olan plazma ayrılır.

Membran plazmaferezdə 1 və ya 2 vena punksiya olunur. Qan plazma-filtrdən keçərək qanın plazması formalı elementlərdən ayrılır və xüsusi konteynerə yığılır. Bir seans zamanı 500 - 1000 ml plazma ayrılır. Seans 2-3 saat cəkir.

Sentrifuqalı plazmaferez zamanı 1 vena punksiya olunur. Xüsusui birdəfəlik konteynerə 450-500 ml qan yığılır. Konteynerdəki qan aparatda qravitasiya təsirinə məruz qalır və plazma formalı elementlərdən ayrılır. 1 seans zamanı 240 -280 ml plazma ayrılır. 1 prosedur zamanı bir neçə plazmaferez seansı aparmaq mümkündür. 1 prosedur seansı 45 - 60 dəqiqə çəkir.

Plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur.

Əgər sizin də yuxarıda sadalanan şikayətləriniz varsa "Efferent Terapiya" mərkəzi sizin xidmətinizdədir.
Onu da qeyd edək ki, ilk dəfə 1998-ci ildə membranlı plazmaferez metodunu tibb üzəri fəlsəfə doktoru, həkim anestizioloq-reanimatoloq B.Ə.Hüseynovun rəhbərliyi altında Azərbaycan Respublikasının müxtəlif bölgələrində tətbiq olunmuşdur.

Ünvan: Biləcəri, R.İsmayılov küç. 5025
Telefon: ​(+994 12) 406-77-47 ; (+994 50) 476-81-55 ; (+994 50) 758-64-50 ; (+994 70) 535-70-50

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1586
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
❤Ə❤CANAN❤G❤
Men Hamile olarken qanim yuyulub Hekim mesleheti ile..
12 sentyabr 2019 22:20
6
canan qizim sirin seker qizim.
Offline
ruzgar
ehtiyac varsa mutleq edilmelidi
9 sentyabr 2019 13:54
5
5
Offline
İlaha
Qan insan orqanizminin əsasını təşkil edir və kiçik bir dəyişiklik ciddi fəsadlarla nəticələnə bilər. Həkimlərə çox güvənmirəm deyə belə proseslərdən qaçıram. İnşallah heç vaxt ehtiyac yaranmaz.
7 sentyabr 2019 22:12
4
Offline
BARBI
Her cehetden faydali mualicedir.Ehtiyac varsa edilmelidi
7 sentyabr 2019 21:06
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Maraqli məlumat oldu.Təşəkkür
7 sentyabr 2019 19:52
2
......
Offline
YalniZ-ArZu
Cox faydali bir usuldur, gosteriw varsa mutleq edilmelidir.
Etrafli melumat ucun tewekkur edirem.
6 sentyabr 2019 20:01
1
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri