Depressiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 976
Səs ver:
(səs: 0)

Depressiya

Depressiya

Depressiya ateroskleroza səbəb olur

Ateroskleroz arterial damarların okklüziyası (mənfəzinin tutulması) ilə gedən xəstəlikdir, miokard infarktı və insult kimi xəstəliklərə səbəb olur. Müasir cəmiyyətdə depressiya hallarının sayının artmasını nəzərə alsaq, bu tədqiqat həm həkimlər, həm də sağlamlığının qeydinə qalan insanlar üçün əhəmiyyətlidir. Müəyyən olunmuşdur ki, orta ağırlıqlı və yüngül depressiya aterosklerozun inkişafını sürətləndirir. Həyəcan, hirslənmə arteriya divarlarının qalınlığına təsir etməmişdir. Nəticələrin analizindən belə məlum olmuşdur ki, depressiyanın yalnız somatik simptomları damarların vəziyyətinə təsir edir.

Alimlər həmçinin, müayinə olunan şəxslərdə ateroskleroz əlamətləri inkişaf etməmişdən əvvəl depressiya simptomlarının olduğunu aydınlaşdırmışlar. Hələki həmin alimlər depressiyanın orqanizmə bu cür təsir etməsinin səbəbini tam dəqiq izah edə bilmirlər. Onlar qeyd edirlər ki, depressiya müxtəlif fizioloji dəyişikliklər yaradır, o cümlədən immun sistemə güclü təsir edir və ehtimal ki, depressiyanın aterosklintim təsiri məhz immun sistemə təsirlə birbaşa əlaqəlidir.


DEPRESSİYA

İndiki vaxtda hər keçən gün bir az daha sıx rast gəlməyə başladığımız bir narahatlıq olan Depressiya (ruhi çöküntü); ümumiyyətlə ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxar. Bazarertəsi səhərləri yaşadığımız keçici çətinliklərdən, dərin romantik itkinlərin yaşandığı və psixiatr müdaxiləsi tələb edən ağır hadisələrə qədər bir çox narahatlıq depressiya olaraq adlandırılır.

Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı - 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir. İnsanlar zaman zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir.

Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunur. Depresiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər. Depressiya hər yaşda hər fərd də görülə biləcək ruhi bir xestelikdir. Genetik və ya biokimyəvi səbəblər, ətraf mühit şərtləri və psixososial çətinlikler, məcbur qalmalar depressiyanın başlamasında faktor ola biler. Müalicə edilmədiyi vəziyyətdə fərdin heyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana çata bilər. Cemiyyətin hər seqmentində görülə bilər. Psixiatrik xəstəliklər arasında ən sıx rast gəlinən bir mənzərədir.

Depressiya

Depressiyasının ən yaxşı dərmanı balıqdır
Mütəxəssislər xüsusilə qadınlara təsir edən depressiyanın insanı bezdirdiyini, lakin bu xəstəlikdən qorunmanın mümkün olduğunu söyləyirlər. Texniki adı fəsillə bağlı duyğu pozğunluğu olan bu xəstəliyin əlamətləri isə, hər il qış yaxınlaşdıqca müşahidə edilən qəmginlik, əhval ruhiyyənin olmaması, həyatdan zövq almama və enerjinin azalması kimi hallardır.

Depressiyanın qarşısını almanın yolları:
- Evdə və iş yerində günəş işığını xatırlatan lampalardan istifadə edin
- D vitamini ilə zəngin olan balıq ətini həftədə ən az iki dəfə yeyin. Bol su və maye qəbul edin.
- İstirahətinizi günəşli və rahat mühitdə edin.
- Həftə sonları gecə yarılarına qədər oyaq qalmayın.
- Həftədə üç-dörd gün idman edin.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 976
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri