Udma zamanı çətinlik çəkirsiniz? Dərhal həkimə müraciət edin!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 548
Səs ver:
(səs: 1)
Udma aktı mürəkkəb fizioloji prosesdir. Bu prosesdə müxtəlif əzələ qrupları iştirak edir, baş beyinin müəyyən sahələri isə bu prosesi kontrol edir.

Qadinla.com
bildirir ki, sağlam insanın orqanizmi udma aktını avtomatik olaraq təmin edir. Sağlam insan qidanı udduqda heç bir çətinlik çəkmir, onda xoşagəlməz hisslər yaranmır. Lakin bəzi pozulmalar zamanı udma prosesində müəyyən dəyişiklilər əmələ gələ bilər - insan udma zamanı əziyyət çəkin, çeçəyir, qida "ilişir", asan keçmir və s. Tibdə bu pozulma "disfagiya" adlandırırlır.

Nəzərinizə çatdıraq ki, bu çox ciddi simptomdur. Bəzi hallarda bu simptom insanda olan ağır xəstəliyin əlaməti ola bilər. Bu səbəbdən udma prosesində hər hansı pozulma hiss etdikdə dərhal həkimə müraciət edin.

İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra terapevt sizi digər həkimlərin (qastroenteroloq, onkoloq, endokrinoloq, nevropatoloq) müayinələrinə göndərə bilər.

Udma prosesində pozulmaların əmələ gəlməsinin səbəbləri:

- Ən yayılmış və ən ziyansız səbəb - kəsin boğaz iltihabları (angina və s.). Boğazda olan ağrı və ödem qidanın normal udmasına mane olur. Təbii ki, udmanın pozulmasından əlavə insanda iltihabın digər simptomları da meydana çıxır - bədən hərarətinin yüksəlməsi, intoksikasiya (baş, əzələ ağrıları) və s.

- Qida borusunda şişin (xoş və ya bədxassəli) əmələ gəlməsi qida borusunuz daralmasına və nəticədə udma prosesinin çətinləşməsinə səbəb olur.

- Udlaqda, qida borusunda divertikulların (qida borusunun divarlarında kisəvari gərmələr) əmələ gəlməsi də udmanın pozulmasına səbəb ola bilər.

- Reflüks xəstəliyi, qida borusunun kimyəvi yanıqları, cərrahi əməliyyatlar nəticəsində qida borusunda daralma, çapıqlar əmələ gələ bilər ki, bunun nəticəsində qida borusu daralır və qida buradan daha çətinliklə keçir.

- Qida borusunun selikli qişasının iltihabı (ezofagit) udmanın qısamüddətli pozulmasına səbəb ola bilər.

- Miasteniya xəstəliyi (müxtəlif əzələ qruplarının zəifliyi ilə müşayiət olunan xəstəlik) zamanı insanın əzələləri zədələnir ki, nəticədə, o cümlədən, udma aktı pozula bilər.

- Çox ağır autoimmun xəstəliyi olan sklerodermiya xəstəliyi zamanı birşəldirici toxuma skleroz olur ("sklerosis" yunan dilindən "bərkimə, sərytləşmə "), bərkiyir, ki, nəticədə xəstənin müxtəlif orqan və sistemlərində (dəri, kiçik damarlar, mədə-bağırsaq sistemi, ağ ciyər, böyrəklər, ürək) ciddi pozulmalar yaranır. Bu pozulmaların arasında qida borusunun bərkiməsidir. Bu bərkimə nəticəsində xəstədə qida qəbulu zamanı ağrılar əmələ gəlir.

- Qalxanvari vəzi böyüməsi zamanı böyümüş vəz qida borusunu sıxır ki, nəticədə insan udma zamanı çətinlik çəkir.

- Bəzi nevroloji xəstəliklər (Parkinson xəstəliyi, yayılmış skleroz və s.) zamanı udma prosesində pozulmalar yaranır.

- İnsult zamanı insanın baş beynində ciddi pozulmalar inkişaf edir. Bunun nəticəsində xəstənin orqanizminin müxtəlif funksiyaları, o cümlədən, udma pozulur - xəstə udma zamanı çətinlik çəkir, çeçəyir və s. Bir çox hallarda bu pozulmalar duru qida və maye qəbulu zamanı inkişaf edir.

- Güclü stress, emosional pozulma zamanı da insanda udma prosesi pozulur. Bu hala daha tez-tez qadınlarda təsadüf edilir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri