Boyun miqreni nədir? - Səbəbləri və əlamətləri

Müəllif: diablo
Şərhlər: 2
Baxılıb: 1455
Səs ver:
(səs: 0)
Onurğanın boyun hissəsinin ətrafında yerləşən sinirlərin sıxılması ilə meydana çıxan xəstəlik "Barre Leu" sindromu adlanır.
Bu patologiya ilk dəfə keçən əsrdə aşkarlanıb və "boyun miqreni" adlandırılıb. Səbəbi isə ağrının miqren ağrısı kimi birtərəfli olmasıdır.
Boyun miqreni 1, 2 və 3-cü boyun fəqərələrinin zədələnməsi nəticəsində onurğa beyninin onurğa arteriyalarını sıxması nəticəsində inkişaf edir. Bu zaman arteriya damarlar sıxıldığına görə, boyun hissənin qan təhcizatı pozulur.

Səbəbləri:
-Boyun fəqərələrinin osteaxandrozu, yəni boyun fəqərələri arasında yerləşən qığırdaq toxumasının zədələnməsi
-Anadangəlmə boyun patologiyası
-Boyun fəqərələrinin zədələnməsi
-Boyun fəqərəsi arteriyalarının aterosklerozu.
-Əzələ spazmı.
-Boyun limfa düyünlərinin iltihabı.

Əlamətlər:
Boyun miqreni fasilələrlə meydana çıxır. Əgər heç bir tədbir görülməzsə, o zaman fasilələr arasındakı müddət azalmağa başlayır. Xəstəliyin başlıca əlamətlərindən biri ənsə nahiyyəsində müşahidə olunan güclü ağrı hissidir. Vaxt keçdikcə ağrı boyunun digər hissələrinə və hətta başa da yayıla bilər.
Boyun miqreni eşitmənin və görmənin zəifləməsinə, başgicəllənmə, ürək bulanma, qulaqlarda küyə səbəb olur.
Boyun miqreni zamanı hündür yastıqda yatmaq olmaz. Problemli zonanı isti saxlamaq lazımdır. Bunun üçün parça kisənin içinə isti qum və ya duz tökərək boyuna bağlamaq kifayət edir.
Boyun miqreni zamanı pəhriz saxlayaraq rasiona zülal tərkibli və liflərlə zəngin qidalar, meyvə, tərəvəz əlavə etmək lazımdır. Rasiondan kofeinli içkiləri, karbohidratları, yağlı qidaları çıxarmaq məsləhətdir. Bundan əlavə, orqanizmdə duz saxlayan üzüm, əvəlik, süd və kartof kimi qidalardan uzaq durmaq məsləhətdir.
Boyun miqrenini müalicə etmək üçün mütəxəssisə müraciət etmək lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1455
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Mende miqren var.O da boyuna agri verir
3 aprel 2020 23:49
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Cema_Axodova
Mamada var yaziq qalib hekimlerde

Mamada var yaziq qalib hekimlerde
3 aprel 2020 20:57
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri