Soyuq havalarda necə qidalanmaq lazımdır?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1198
Paylaş:
Səs ver:
(səs: 0)

Qış aylarında vaxtın bir hissəsi evdə, ya da iş yerində keçdiyindən çəkini artırmaq da asanlaşır.
Çünki soyuq havanın təsirindən yemək ehtiyacı da artır. Həm də gündüzlər qısa olduğundan gün ərzində qidalanmaya çox diqqət yetirmirik. Soyuq hava ilə birlikdə bədənimizin temperaturu azalır. Odur ki, soyuqdan özümüzü qorumaq üçün istiliyə can atırıq. Üşüdükcə enerjiyə olan tələbatımız artır və qidalanmağa, xüsusən də, daha çox enerji verən məhsullardan istifadə etmə yə başlayırıq. Yüksəkenerjili qidalar əsasən karbohidrat və yağla zəngin qidalardır ki, bunlar da kökəlməyimizə şərait yaradır. 
Artıq çəkiyə sahib olmamaq üçün... 
1.Az və tez-tez qidalanma rejimi qurun.
2. Qanda şəkərin səviyyəsinə uyğun olaraq, proteinli yeməklərlə karbohidratlı yeməkləri qarışıq istifadə etməyin. 
3. Bol su için. 
4. Mütləq rejimlə qidalanın. 
5. Gün ərzində ən azı 20 dəqiqəlik ortatempli qaçış idmanı ilə məşğul olun. 
Menyunuz necə olmalıdır? 
Səhərlər: 
1. Şəkərsiz bitki çayları. 
2. 40 qram ağ pendir və ya 1 ədəd yumurta. 
3. 2 dilim kəpəkli çörək. 
4. 6 ədəd zeytun, pomidor + yaşıl bibər.
5. 1 ədəd portağal və ya 2 ədəd mandarin.
Günorta: 
1. 1 kasa şorba. 
2. göyərti. 
3. 8 qaşıq yarma və ya 1 ədəd kartof. 
4. 1 stəkan qatıq. 
5. 1 dilim kəpəkli çörək. 
6. Az yağlı salat.
Axşamüstü: 
1. 1 kasa şorba. 
2. 1 pay balıq və ya toyuq (dərisiz). 
3. Üzərinə 6 qaşıq zeytun yağı tökülmüş doğranmış göyərti. 
4. 1 dilim kəpəkli çörək.
Gecə: 
1. 2 pay təzə meyvə.
Soyuq havalarda isinmək üçün yaxşı olardı ki, xəmir xörəkləri daha çox yeyəsiniz.
Redakte etdi: PRETTY GIRL

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1198
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv