Qan içmək istəyi oyadan xəstəlik

Müəllif: ÜlSi❤
Şərhlər: 7
Baxılıb: 3 193
Səs ver:
(səs: 0)
Porfiria xəstəliyi, xəstələrdə günəş işığına qarşı həssaslıq yaradır, bəzilərində isə qan içmə istəyinə səbəb olur.

Porfiria xəstəliyinin bəzi simptomları:
- Xəstələr günəş işığına məruz qaldıqda dərilərində qaşıntı, töküntü və suluq olur.

- Çox nadir hallarda damaqları çəkilərək dişləri olduğundan böyük görünür.

- Porfiria xəstəliyində nəcis, həzm edilməmiş qan rənginə bənzər bənövşəyi rəng alır.

- İşığa həssaslıq həddindən artıq olduğu hallarda xəstə burnunu və qulağını itirə bilər.

- Xəstədə qan içmə istəyi ortaya çıxa bilər.

- Digər tərəfdən xəstə psixoloji olaraq pis təsirləndiyi üçün aqressiv ola bilər.

- Şiddətli qarın ağrısı yaşaya bilər.

Ancaq bütün bunlar eyni anda xəstədə görülməyə bilər. Porfiria xəstəliyin müxtəlifləri növləri olmaqla birlikdə, hər xəstədə bənzər simptomlar müşahidə olunmaz.

Bütün bu simptomlara baxıldıqda, vampirliklə oxşarlıq təşkil etdiyi deyə bilərik. Bəs diaqnoz necə qoyulur?

Porfiriada diaqnoz qoymaq üçün xəstənin nəcisinin 24 saat ərzində yığılması lazımdır. Nəcis işıq olmayan yerdə saxlanır və rəng dəyişikliyi müşahidə edilir. Xəstələr dərmanla müalicə edilir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 193
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri