Omega-3 yağ turşuları hansı xəstəlikdən qoruyur

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 789
Səs ver:
(səs: 0)
Omega-3 yağ turşuları hansı xəstəlikdən qoruyurOmega-3 yağ turşuları ürək xəstəliyi riskini azaldır. Amerika Ürək Cəmiyyəti, həftədə ən az iki dəfə balıq yeməyi, bunun mümkün olmadığı hallarda isə omega-3 ehtiva edən vitaminlər istifadə etməyi təklif edir. Bunun səbəbi isə balıqda olan omega-3 yağ turşularının ürək xəstəliklərində qoruyucu xüsusiyyətinin olmasıdır.

Daha əvvəl nəşr olunan araşdırmalarda, omega-3 yağ turşularının anormal ürək döyüntüsünü azaldıb, qandakı yağ səviyyələrini saldığı, damarları tıxayan trombları azaltdığı və qan təzyiqini bir miqdar saldığı müəyyən edilib.

Yeni nəşr olunan bir araşdırmada omega-3 yağ turşularından əsasən iki dənəsi (eicosapentaenoic turşusu və docosahexaenoic turşusu) araşdırılmışdır.

Araşdırma nəticəsində omega-3 yağ turşularının qidalarla, ya da qida vitaminləri kimi istehlak edilməsinin, qan triqliserid və ya yağ səviyyəsi yüksək olanlarda ürək xəstəliyi inkişaf riskini 16% nisbətində azaltdığı, LDL xolesterini yüksək olanlarda isə 14% nisbətində saldığı müşahidə edilmişdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri