Çox yorğunam, halım yoxdur - Nə baş verir?

Şərhlər: 5
Baxılıb: 1575
Səs ver:
(səs: 0)
Son zamanlar çox insanlar özlərində bu vəziyyəti müşahidə edir. Halım yoxdur, yorğunam, yuxum gəlir, nə baş verir? Hansı xəstəliyim var?
Qadınla.Com sutkanın saatından asılı olmayaraq yorğunlunğun orqanizmdə nəyə işarət etdiyini araşdırıb.

1.Yuxunu analiz et
Bu banal bir yoxlamadır. Yorğun olan insan ilk növbədə nə qədər yatdığını, yuxu saatını xatırmalalıdır.
Əgər siz sutkada 8-9 saatdan az yatırsızsa və bu aylardır davam edirsə, o zaman başqa səbəblərə keçməyin.
Əgər insan 6 saat 15 dəqiqə belə yatırsa, bunu kifayət qədər hesab edirsə, səhv edir. Alimlər təsdiq edib ki, gündə 6 saat yatan insan özünü günboyu az da olsa yuxulu hiss edəcək. İndi gəlin görək 4-5 saat yatanların halı necə olmalıdır?
Gecə yuxusunun norması 7-9 saatdır. Siz gərək sutkada 7-8-9 saat yatıb, sonra halınızı analiz edin.

2.İdman enerji verdiyi kimi ala da bilir
Əgər idman zalında günü keçən qadın, kişi özünü yorğun hiss edirsə, deməli idmanda normanı aşır.
Faydalı məşq gündə 50 dəqiqədir. Həftəlik norma isə 150dəqiqədir. Əgər insan özünü yorğun hiss edirsə, deməli, o idmanda enerjisini tükədir.
Ona görə məşqlər arası fasilə verib orqanizm dincəlməlidir. Əgər səbəbi bunda görürsüzsə, trenerə bu barədə deyin və yükü azaldın, o zaman vəziyyətə baxın.

3.Yeyib-içdiyinizin siyahısını yazıb incələyin
Qəbul etdiyiniz çay, içki, dərman belə szizi yorğun edə bilər. Əgər qidanızda zülal, yağ, karbohidrat yoxdursa, yorğunluq qaçılmazdır. Əgər normadan artıq içirsizsə, hətta pivə belə zəiflik, yuxululuq, yorğunluq gətirə bilir.
İçdiyiniz dərmanların təlimatını oxuyun, orda əks təsirlər kimi əzginlik, yuxululuq və s. qeyd olunur. Ən adi dərman belə orqanizmi halsız edə bilər. Dərmandan şübhələnirsizsə, müalicə bitənə kimi dözün və ya həkimə yan təsirlər barədə məlumat verin, dərmanı dəyişin.
Yeməyiniz zəifdirsə, o zaman balanslaşdırılmış, güclü qidalanmaya keçin. Vitamin, mikroelementlərin qəbuluna fikir verin.

4. Xəstəlikdən nə vaxt şübhələnməli?
Əgər yuxarıdakı səbəblər istinisnadırsa, qaydaya salandan sonra da vəziyyət düzəlmirsə, yorğunluğa səbəb olan daxili səbəb, yəni orqanik xəstəlikləri həkimlə birgə tapmağın vaxtıdır.

Hansı xəstəliklərdən şübhələnməli?
-Ümumi bir qan analizi verib, hemoqlobini yoxlatmaq. Anemiya, qanazlığı yorğunluğun birinci səbəbidir. Sizin toxuma və hüceyrələrinizdə oksigen çatışmır. Dİgər əlamətlərə diqqət: bənizin ağarması, əllərin soyuması, sarımtıl üz, təngnəfəslik, baş gicəllənmə. Sizdə dəmir çatışmazığı da ola bilər. Onu da xüsusi ferritin analizi ilə təyin edin.

-Qalxanvari vəzin disfunksiyası, hormonal pozğunluqlar
Həm hipo, həm də hpertireoz yorğunluq verir.

-Nevroz,depressiya, psixoz - bu hallar da insanın gücünü azaldır. Depressiyada olan insan heş bir iş görmək istəmir. Əgər bütün analizlər normaldırsa, o zaman psixiatr və nevroloq müalicəsi almaq lazımdır.

-Xroniki yorğunluq sindromu və fibromialgiya - çox qarışıq bir diaqnozdur. Onu fərqləndirmək üçün peşəkar psixoloq və psixiatr lazımdır. İnsanda arzu, istək var, işə gedir, amma işlərini görməyə halı olmur. Səbəbsiz əzələ ağrıları da buna qoşulur.

Bütün bu hallarda masaj, yoqa, gimnastika, gəzinti, sakitləşdirici qəbulu, üzgüçülük, tənəffüs hərəkətləri yaxşı təsir edir.
Həmçinin diabet, ürək, ağciyər xəstəlikləri, dağınıq skleroz, piylənmə, xərçəng kimi xəstəliklər də yorğunluqla başlayır
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1575
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 7120
Xəbər sayı: 62
KRALİCEM
Mendede var hamisi yorgunluqdandi
30 iyul 2020 10:02
5
sukur verdiklerine
Şərh sayı: 80735
Xəbər sayı: 30
BARBI
Hmm mende de bu hallar cox yasanir
29 iyul 2020 09:33
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 933
Xəbər sayı: 19
_abdullazadə_l_
Nevroz,depressiya, psixoz - bu hallar da insanın gücünü azaldır. Depressiyada olan insan heş bir iş görmək istəmir. Əgər bütün analizlər normaldırsa, o zaman psixiatr və nevroloq müalicəsi almaq lazımdır.

Çox şübhələndim. Faydalı məlumat üçün təşəkkür.
29 iyul 2020 00:57
3
Hərbiçi yarı
Şərh sayı: 526
Xəbər sayı: 0
Fulin
Məncədə əsas yuxudu.Vaxtında yatıb bidə tez oyananda insan özünü gümrah hiss edir.

Təşəkkür⭐
29 iyul 2020 00:27
2
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden ⭐
Şərh sayı: 6248
Xəbər sayı: 0
Cema_Axodova
Əsas yuxudu məncə
28 iyul 2020 23:07
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri