Orqanizmdə C vitamini çatışmazlığını göstərən 10 ƏLAMƏT

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 3 414
Səs ver:
(səs: 1)
C vitamini orqanizmin sağlam olması, normal çalışması üçün çox önəmlidir. Bu vitamin hər gün lazımı qədər qəbul etmək lazımdır. Çünki başqa vitaminlərdən fərqli olaraq C vitamini orqanizmdə çox uzun zaman qala bilmir. Bəs C vitamininin azlığı, çatışmazlığını necə bilmək olar?

Diş ətinin şişməsi, qanaması
Orqanizm C vitamini çatışmazlığı yaşayırsa, diş əti iltihabının yaranması ehtimalı böyükdür. Diş gigiyenasına əməl etsəniz belə, dişləriniz yenə də şişir və qanayırsa, C vitamini ilə zəngin qidalar qəbul etməyi sınaqdan keçirin. Mütəxəssilər hər yetkin qadın üçün gündə 75 mq, yetkin kişilər üçün isə gündə 90 mq C vitamini qəbul olunmasını tövsiyə edirlər. Siqaret istifadəçilərində isə bu normaya gündə 35 mq da əlavə olunmalıdır.

Bədəndə göyərmə yaranırsa və hər hansı yara çox gec sağalırsa
Bildirilir ki, bədənin hansısa yeri yaralanır və çox gec sağalarırsa və ya harasa toxunub tez göyərirsə, bu, böyük ehtimalla C vitamini çatışmalığına bir işarədir. Bunu aradan qaldırmaq üçün sitrus meyvələri, eləcə də göyərtiləri müntəzəm olaraq yemək tövsiyə olunur.

Saçlarınız qırılıb tökülürsə
Saçlarınız çox tökülürüsə yenə də qidalara diqqət etməlisiniz. Məsələn, brokoli, kivi yeməklə bunu aradan qalıdırmaq olar.

Tez-tez oynaq ağrılarınız olursa
Oynaq ağrıları C vitamin çatışmazlığının ən çox yayılan əlamətlərindən biridir. C vitamini çox güclü bir antioksidantdır və onun əskikliyi zamanı iltihaba bağlı olaraq ağrılar yarana bilər. Ona görə də C vitamini ilə zəngin qidalar qəbul etməyi alışqanlıq halına gətirmək lazımdır.

Tez-tez xəstələnirsinizsə
Çox tez-tez qrip olursunuzsa, soyuqdəymə yaranırsa, çox güman ki, immunitetiniz zəifləyib. C vitamini yoluxucu xəstəliklərlə mübarizə aparan ağ qan hüceyrlərinin yaranmasına yardım edir. Ona görə də C vitaminini artıraraq bu durumu aradan qaldıra bilərsiniz.

Səbəb olmadan çəkiniz artırsa
Həyat tərzinizdə hər hansı dəyişiklik olmadığı halda çəkiniz artırsa bu, C vitamini əskikliyininə bağlı ola bilər. Araşdırmalara görə, aşağı C vitamini səviyyəsi ilə piylənmə, ələlxüsus da qarın bölgəsində piylənmə arasında bir əlaqə var. C vitamin orqanizmdə piylərin əriməsinə yardım edir. Məsələn, kələm salatı buna görə ən təsirli qidalardan sayılır.

Həftə boyunca özünüzü yuxulu və yorğun hiss edirsinizsə
Yetərincə yatmağınıza baxmayaraq yenə də gün ərzində yuxunuz gəlirsə, yorğunluğunuz aradan qalxmırsa bu, C vitamini probleminizin olduğuna işarə sayıla bilər. Gündəlik C vitamini qəbulu normaya düşəndən sonar bu halın da aradan qalxdığını hiss etmək olur. Yorğun olanda şoxlu qəhvə içmək əvəzinə bir kivi yemək tövsiyə olunur.

Dəriniz quru görünürsə
C vitamini orqanizmdə kollagen istehsalı üçün də çox önəmlidir. C vitamini çatışmadığı halda kollagenin yaranması da mümkün olmur və ona görə də dəridə quruma yaranır. Təsadüfi deyil ki, dəriyə qulluq vasitələri arasında tərkibində C vitamini seriumları olanlar ən bahalı məhsullar sayılır.

Tez-tez burnunuz qanayırsa
Burun qanaması ümumi sağlamlıq vəziyyəti üçün çox təhlükəli sayılmasa da, tez-tez bu halın yaranması zamanı həm də C vitamini çatışmazlığından şübhələnməyə dəyər. Burunda çoxlu sayda kiçik qan damarları var və C vitamini çatışmadığı halda bu damarlar zəifləyir və partlayaraq qanamaya səbəb olur.

Dırnaqlarınız çox incə, zəifdirsə
Orqanizmin dəmiri daha yaxşı sorması üçün C vitamininə ehtiyac var. C vitamini əskikliyi həm də dırnaqların tez qırılmasına səbəb olan dəmir əskikliyi anemiyasına səbəb olur. Dırnaq gücləndiricilər istifadə edib nəticə əldə edə bilmirsinizsə, qida menyünüzə təzə meyvələr və tərəvəzlər əlavə edib bu durumu aradan qaldıra bilərsiniz.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 414
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri