SLAYMın bilmədiyiniz təhlükələri - dəridə yaralar, mədə ağrısı, ishal, boğulma…

Müəllif: Diablo
Şərhlər: 8
Baxılıb: 2 500
Səs ver:
(səs: 0)
Uşaq və yeniyetmələr arasında çox populyar olan oyuncaq-antistres slaym sağlamlığa ciddi ziyan vura bilər. Belə nəticəyə istehlakçıların hüquqlarını müdafiə edən müstəqil Witch şirkəti (Böyük Britaniya) gəlib.
Ekspertlər 11 şirkətin buraxdığı slaymların tərkibini analiz edib belə qərara gəliblər ki, oyuncaqların tərkibində olan kimyəvi maddələr normadan artıqdır və sağlamlıq üçün ciddi təhlükə yaradır.

Bəs slaym nədən hazırlanır? Onun tərkibinə yapışqan, sellüloz, boraks, boya və s. kimyəvi maddələr daxildir. Ekspertlər xüsusilə boraksı vurğulayır ki, bu toksiki maddə ilə uzun müddət ərzində təmasda olan uşaqlarda ishal, mədədə ağrı, ürəkbulanması, qusma ola bilər.

Qadınla.Com bildirir ki, mütəxəssislərin sözlərinə görə, slaym göz, dəri, nəfəs yollarını qıcıqlandırır, ciddi allergik reaksiyalara səbəb olur. Orqanizmin daxilinə düşdükdə slaym sinir və həzm sistemi, böyrəklərə mənfi təsir edir.

Uzun müddət istifadə olunduqda bakteriya və göbələk mənbəyinə çevrilən slaym dəridə səpgi və yaraların əmələ gəlməsinə gətirib çıxardır. Son zamanlar həkimlər uşaqlar arasında məhz slaymla oynadıqdan sonar ağır dermatitlərin hallarının artmasını müşahidə edirlər.
Həkimlə xəbərdarlıq edir ki, çox ağır hallarda xüsusilə allergiyaya meylli olan uşaqlarda slaym güclü öskürək, nəfəsalmanın çətinləşməsinə, boğulmaya səbəb ola bilər.

European Chemicals Agency bildirir ki, slaymların tərkibində olan boraks hamilə qadınlar üçün çox təhlükəlidir, dölə mənfi təsir edir, azçəkili uşaqların doğulmasına səbəb ola bilir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri