Altsheymer xəstəliyinin 10 risk faktoru

Şərhlər: 4
Baxılıb: 1470
Səs ver:
(səs: 0)
Alimlər hesab edir ki, insanlar 10 risk amilini həyatlarından kənarlaşdırmaqla Altsheymer xəstəliyinin baş verməsinin qarşısını ala bilərlər.

Qadınla.Com xəbər verir ki, aparılan geniş tədqiqatlar nəticəsində elm adamları bir insanın dəyişə biləcəyi 104 amili müəyyənləşdiriblər. Bunlardan 10-u tədqiqatçılar tərəfindən "güclü A səviyyəli dəlillərə" sahib hesab edilib.

Qeyd edək ki, Altsheymer xəstəliyinə tutulmaların əsas səbəbi genetikanın, həyat tərzinin və yaşın mürəkkəb birləşməsi ilə əlaqədardır. Bununla birlikdə, hansı ekoloji amillərin riskləri daha da artırdığını anlamaq xəstəliyin qarşısını almağın açarıdır. Beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılan yeni araşdırma bu günə qədər həmin mövzuda ən böyük metaanalizidir.

Altsheymer xəstəliyinə səbəb olan və dəyişdirilməsi mümkün 10 yüksək risk faktoru aşağıdakılardır:
- gənc yaşda təhsilin aşağı səviyyəsi;
- yaşlı yaşda aşağı idrak fəallığı;
- yaşlı yaşda yüksək bədən kütləsi indeksi;
- hiperhomosisteinemiya;
- depressiya;
- stres;
- diabet;
- baş nahiyəsinin zədələnməsi;
- yuxarı yaşda yüksək təzyiq;
- ortostatik hipertenziya.

Yüksək bədən kütləsi indeksi, şəkərli diabet və stres kimi risk faktorları keçmişdə aparılan məqsədyönlü tədqiqatlarda qəti şəkildə təsdiqlənib və buna görə də, mütəxəssislər üçün təəccüblü deyil.

Alimlər beyini sağlam saxlamaq üçün fiziki və zehni olaraq aktiv olmağı, sağlam, balanslı pəhriz saxlamağı, siqaret çəkməməyi, yalnız tövsiyə edilən həddə içməyi, eyni zamanda çəki, xolesterol və qan təzyiqini nəzarətdə saxlamağı tövsiyə edirlər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1470
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1122
Xəbər sayı: 0
♡Tək Nur♡
insan özündə kiçik bir narahatçılıx his etdikdə həkimə müraciət etməlidi yoxsa o kiçik dediyimiz ağrılar bir gün gələr böyük ağrılara çevrilə bilər
28 sentyabr 2020 15:00
4
Şərh sayı: 807
Xəbər sayı: 1
guzellik
Allah qorusun sizi allah sefa versin
27 sentyabr 2020 09:30
3
sade semimi merbandan kino medcezir
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Vaxtında həkimə müraciət edilsə yaxşı olar.
Təşəkkürlər
26 sentyabr 2020 22:29
2
⚘⚘⚘İlk Nur ⚘⚘⚘
Şərh sayı: 81112
Xəbər sayı: 30
BARBI
Bu xestelik cox ciddidir.Vaxtinda mudaxile edilmezse boyuk fesadlari ola biler
26 sentyabr 2020 21:03
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri