Hepatitdən qorunmağın yolları

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 1 994
Səs ver:
(səs: 1)
Xaricə gedərkən bunları nəzərə alın

Hepatitin çox rastlandığı ölkələrə getmədən əvvəl peyvənd vurdurun. Hepatit A və hepatit E-dən qorunmaq üçün getdiyiniz ölkələrdə bilmədiyiniz qidaları yeməyin. Şüşədən su için və bişmiş qidalar yeyin. Durğun suların və çiy yeyilən dəniz məhsullarının hepatit A mənbəyi olduğunu unutmayın.

Qan yolu və intim əlaqə ilə keçən hepatit B xəstəliyinin peyvəndini əvvəlcədən etdirmisinizsə, antikor səviyyəsini yoxlatdırın. Hepatit B-nin çox görüldüyü ölkələrdə qalacaqsınızsa, mütləq peyvənd vurdurun.

Tək istifadəlik
Hepatit B, C qan yolu, intim əlaqə ilə və damar üçün ortaq istifadə edilən iynələrdən keçir. Buna görə qulaq deşmə, pirsinq, akupunktur, döymə, manikür və pedikür zamanı istifadə olunan alətlər tək nəfərlik olmalı və steril istifadə edilməlidir.

Əlləri tez-tez yumağa davam
Covid-19 pandemiyasına görə əlləri tez-tez yumağı vərdişə çevirdik. Əlləri tez-tez yumaq ağız yolu ilə keçən hepatit A və hepatit E-dən də qoruyur.

Bu əşyaları paylaşmayın
Xəstəlik qanla keçdiyi üçün diş fırçasını, dırnaq qayçısını, üzqırxanı, manikür/pedikür alətləri kimi şəxsi əşyalarınızı heç kimlə bölüşməyin.

Yanlışlara diqqət
Hepatit B hovuzlardan keçmir. Yemək qabları, mətbəx alətləri, vanna və ya qucaqlama, öskürək, tər, göz yaşı, böcəyin dişləməsi ilə keçmir. Ancaq açıq yaralardan və ya dişləmə ilə keçə bilir. Hepatit C , B ən çox qan yolu ilə, intim əlaqə zamanı və damarla təmas edən iynələrlə keçir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 994
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri