Bu 8 əlamətə DİOQƏT: Xərçəngi erkən mərhələdə aşkar etmək olar

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 2 638
Səs ver:
(səs: 0)
Dünyada getdikcə daha çox yayılmaqda olan onkoloji xəstəlikləri erkən mərhələdə müəyyən etmək mümkündür. Mütəxəssislər bununla bağlı vaxtaşırı profilaktik müayinələrin aparılmasını, xüsusilə risk qrupuna daxil olanların, eləcə də ailə üzvlərində xərçəng aşkarlanmış şəxslərin daha diqqətli olmalarını tövsiyə edirlər.
Qadınla.com bildirir ki, Rusiyadan olan tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Arkadi Vertkin isə xərçəngin ilkin əlamətlərini, onkoloji problemin siqnalı hesab olunan səkkiz əlaməti sadalayıb:

1. Sidiyə çıxma və defekasiya ritmlərinin dəyişməsi
2. Sağalmayan xoraların aşkarlanması
3. Qeyri-adi qanaxma və ya qan ləkələrin görünməsi
4. Hər hansı orqanın qalınlaşması (morfoloji)
5. Həzmin pozulması, udma ilə bağlı problemlər
6. Xalların zahiri görünüşünün dəyişməsi
7. Güclü və uzunmüddətli öskürək
8. Səsin xırıtılı olması (kallaşması)

O, bu əlamətlərdən biri varsa, həkimə müraciət etməyi məsləhət görür. Mütəxəssisin sözlərinə görə, orqanizmə diqqətli yanaşıb, əlamətləri müəyyən etməklə xərçəngi erkən mərhələlərdə aşkar etmək olar. Professor onu da qeyd edib ki, ölüm sayına görə onkoloji xəstəliklər dünyada ürək-damar xəstəliklərindən sonra ikinci yeri tutur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri