Koronavirusa yoluxmanın qarşısını alan ƏN BƏSİT ÜSUL

Müəllif: Ay_işığı
Şərhlər: 3
Baxılıb: 2 836
Səs ver:
(səs: 0)
ABŞ-ın Kolorado Universitetinin mexaniki mühəndislik üzrə professoru Şelli Miller qapalı məkanlarda koronavirus infeksiyasının qarşısını almaq üçün təsirli üsul ortaya qoyub.

Tədqiqatçının fikrincə, ağır havadan xilas olmaq üçün otağı düzgün havalandırmaq lazımdır. Virus evdəki havaya daxil olarsa, patogeni çıxarmağa və ya havalandırmağa cəhd edə bilərsiniz. İçəridə bir neçə nəfər varsa, hava normal olaraq hər saatda 6 dəfə təzələnməlidir. Bu göstərici havanın mübadiləsinin sürəti adlanır. Ticarət binalarında hava istilik, havalandırma və kondisioner sistemləri, yaşayış binalarında isə açıq pəncərə, qapı və çatlar vasitəsilə dəyişdirilir, ötürülür.

Pandemiya vəziyyətində evlər və məkanların havası tez-tez dəyişilməlidir. 2016-cı ildə aparılan araşdırmada məlum olub ki, hava mübadiləsi saatda 9 dəfə dəyişilməlidir. Bu eksperiment Honkonq xəstəxanasında SARS, MERS və H1N1-in yayılmasının azalmasına kömək etdiyini göstərib. Bununla birlikdə, ABŞ və digər ölkələrdə, xüsusən də məktəblərdə bir çox bina tövsiyə olunan havalandırma qaydalarına cavab vermir. Bu vəziyyətdə Miller pəncərə və qapıları açıq saxlamağı məsləhət görür.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri