Yastıpəncəliyin simptomları və müalicəsi

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 1143
Səs ver:
(səs: 0)
Yastıpəncəlik uşaqlarda çox rastlanılan bir ortopedik pəncə problemidir. Tibbi ədəbiyyatda buna “pes planus” deyilir və çox vaxt diqqətli valideynlər bu vəziyyəti görəndə həkimə müraciət edirlər.

Əslində bütün yenidoğulmuş körpələrin ayaqlarının altı yastıdır və sonrakı dövrlərdə pəncə inkişaf etdikcə bu hal aradan qalxır. Yastıpəncəliyin səbəbləri arasında ligamentlərin (sümükləri birləşdirən bağlar) elastikliyi, neyrofizioloji inkişaf problemləri, dabanda yaranan həddindən artıq dərialtı yağ toxuması ola bilər.

Yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir.

Yastıpəncəliyin iki növü var. Birinci növ, cəmiyyətdə ən çox yayılmış elastik yastıpəncəlikdir. Bu vəziyyətdə problem sümüklərdə deyil, əzələlərdə və bağlarda olur və insan ayağını yerə basanda daxili əyriliyin olduğu görünür və çəki səbəbindən dolayı yaranan təzyiqdə ayaq düz olur. Elastik yastıpəncəlikdə əzələlərin və oynaqların funksiyaları normaldır.

İkinci növ, digərlərinə nisbətən daha nadir hallarda meydana gələn sərt yastıpəncəlikdir. Bu tip yastıpəncəlikdə xəstə ayağını yerə qoyub və ya qoymadığında belə sərt görünüşü ilə seçilir.

Yastıpəncəliyin yaranma səbəbləri:
- İrsi faktor – ailə üzvlərindən (və yaxın qohumlardan) kimdəsə yastıpəncəlik varsa və ya olubsa, çox diqqətli olmaq, uşağı tez-tez ortopedə göstərmək lazımdır.
- Uşağa “düzgün” olmayan ayaqqabı geyindirilməsi.
- Ayaqlara həddən-ziyadə yük düşməsi (məsələn, uşağın çəkisi çox olduqda).
- Pəncə travmaları.

Yastıpəncəliyin simptomları:
Uzun müddət ayaqüstdə duranda çoxalan və bütün ayağa yayılan ağrılar, ayaqların tez yorulması, ağrılar əsasən topuqda başlayıb baldır əzələlərindəki gərginliyə səbəb olursa, ayaq ağrıları idman zamanı mane olursa, ayaqqabıların iç tərəfləri gözləniləndən daha tez köhnəlirsə, vaxt itirmədən həkim-ortopedə müraciət etməniz tövsiyyə olunur.

Yastıpəncəlik zamanı fizioterapiya və reabilitasiya
Yastıpəncəlik hətta Axill vətərinin gərginliyinə də səbəb olur. Buna görə reabilitasiya zamanı Axill vətərinin gərilmə hərəkətlərinə daha çox üstünlük verilir.
Axill vətərinin gərginliyi azaltmaq üçün miostimulyasiya və kinesioteypinq kimi müalicə üsullarından da effektiv nəticələr əldə etmək olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1143
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri