Vitamin çatışmazlığına işarə edən SİMPTOMLAR

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 1419
Səs ver:
(səs: 0)
Vitaminlərin orqanizmdə rolu olduqca böyükdür. Bu səbəbdən onların defisiti müxtəlif pozulmaların inkişafına səbəb olur.
Soyuq fəsillərdə hipovitaminoz ("hipo" - az) xüsusilə təhlükəlidir ki, bu zaman immun sistemi zəifləyir və insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır.
Qadınla.Com bildirir ki, rusiyalı immunoloq Anna Şulyayevanın sözlərinə görə, vitamin çatışmazlığı ilk növbədə xarici görünüşümüzə təsir edir.
"Solğun və səpkilərə meylli olan dəri, quru və zəif saçlar, tez-tez qırılan, soyulan dırnaqlar - bütün bunlar vitamin çatışmazlığına işarə edir", həkim bildirib.
Bundan əlavə zəiflik, səbəbsiz yorğunluq, süstlük da vitaminlərin defisitinə işarə edən simptomlardandır.
Hipovitaminozdan əziyyət çəkən insan səhərlər çətinliklə durur, gün ərzində yuxulu olur.
Həkim Şulyayeva bildirib ki, bu simptomları olan insan qidalanmasına fikir verməlidir. Həkimlə məsləhətləşdikdən sonra vitamin kompleksini qəbul etmək olar.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri